Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Ermənistanda Azərbaycan dilində dərslik
15.05.12 14:07

Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistanda ilk dəfə Azərbaycan dilində dərslik nəşr edilib.
İrəvan Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin professoru Lilit Movsisyanın “Azərbaycan dili” adlı kitabının mayın 14-də təqdimat mərasimi keçirilib.
Müəllif kitabla bağlı jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan müstəqillik qazandıqdan sonra bu ölkədə Azərbaycan dilinin strateji əhəmiyyəti artıb. “Qonşumuz olan Azərbaycan dilinin araşdırılması və öyrənilməsinin bizim üçün çox böyük elmi və siyasi əhəmiyyəti var. Bu istiqamətdə bundan sonra da işlərin görülməsi nəzərdə tutulur. Qeyd edim ki, bu kitab görülən işlərin bariz nümunəsidir”-deyə erməni alim qeyd edib.Bu zamana kimi Ermənistanda ilk dəfədir Azərbaycan dilində dərslik çap olunur.

URL / WWW
http://atxem.az/news/a-15299.html