Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İlham Əliyev Almazbek Atambayevlə görüşüb
16.05.12 17:38

Mayın 15-də Rusiyaya işgüzar səfəri çərçivəsində Böyük Kreml sarayında Azərbaycan prezidenti İlham Əliyevin və Qırğızıstan dövlətinin başçısı Almazbek Atambayevin görüşü olub.
AzərTac-ın verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə olunub.
Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi vurğulanıb. İkitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunun bildirildiyi görüşdə iki dövlət və xalq arasında münasibətlərin möhkəm dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb.

URL / WWW
http://atxem.az/news/a-15300.html