Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Türkdilli dövlət başçılarının sammiti keçiriləcək
16.05.12 17:45

Avqustda Qırğızıstanın paytaxtı Bişkek şəhərində 4 türkdilli dövlətin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin iştirakı ilə sammit keçiriləcək.
Bu barədə APA-ya açıqlamasında Türk Akademiyasının (TA) vitse-prezidenti Əsgər Umarov bildirib. Sammitdə TA-na beynəlxalq status verilməsi barədə deklarasiya imzalanacaq. Bununla da, adı çəkilən 4 dövlət akademiyanın rəsmi təsisçisi elan olacaq. Deklarasiya imzalanandan sonra TA büdcəsi 4 dövlət tərəfindən formalaşdırılacaq.  Qeyd edək ki, indiyə kimi TA-nın yaradıcısı Qazaxıstan hesab olunur. TA Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə 2010-cu ildə yaradılıb.  Akademiyanın birinci sammiti Almatıda keçirilib.
URL / WWW
http://atxem.az/news/a-15301.html