Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Türk dünyası xəbərləri » İranın Bakıdakı səfirliyi önündə piket keçirildi
17.05.12 04:52

Bu gün İranın Bakıdakı səfirliyi qarşısında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM), Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP), eləcədə bir çox nüfuzlu ictimai və diaspora təşkilatlarının birgə piket-mitinqi keçirildi.
300-ə yaxın iştirakçının qatıldığı mitinqdə çıxış edən DAK-ın həmsədri Cavad Direxti, GAİP-in İsveç üzrə təmsilçisi Səməd Fərtaş, DAK-ın İdarə Heyətinin üzvü Səftər Rəhimli bu gün İranın Azərbaycana qarşı apardığı siyasəti pislədilər. Natiqlər qeyd etdi ki, bu gün İranda Güney Azərbaycan türklərinə qarşı aparılan siyasət bütün beynəlxalq demokratik və hüquqi prinsiplərə ziddir. Piketdə “İran Azərbaycandan əlini çək!”, “İran işğalçı Ermənistanla əlaqələri durdur!”, “Haray, haray mən Türkəm!”, “Urmiya gölü can verir, susuzam haray, haray!” şüarlarından istifadə olunmuşdur. Sonda piketin qətnaməsi oxunaraq İran səfirliyinə təqdim olundu. Rəmzi olaraq İran səfirliyi önünə qara çələng buraxıldı.

Ictimai və diaspora təşkilatlarının qətnaməsi

Bakı şəhəri, 17 may 2012


Neçə illərdir ki, Azərbaycanın demokratik və iqtisadi inkişafı özünü İslam Respublikası adlandıran İranın kütləvi informaiya vasitələrində mütəmadi olaraq təhdid edilir, Azərbaycan dövlətinin rəsmi dövlət adamları, tarixi şəxsiyyələri təhqir olunur, müstəqil dövlət kimi varlığımıza qarşı açıq-aydın şantaj və böhtan dolu hədələr davam etdirilir.
{img1}
Tarix boyu milli və dini tolerant münasibətilə bütün regiona nümunə olan Azərbaycanın daxilində dini və milli irqçiliyin yayılmasında maraqlı olan İran islam dəyərlərini istismar edərək, din pərdəsi altında ölkəmizdə siyasi islamın yayılmasına çalışmaqla, Azərbaycanın dünyəvi, demokratik və hüquqi dövlət anlayışlarına söykənən milli dövlətçilik ənənələrinin təməlini zəiflətməyə səy göstərməkdədir. Açıq-aydın görünməkdədir ki, İran son dövrlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu və ölkəmizin beynəlxalq ali qurumlarda təmsil oldunduğunu həzm edə bilmir, bütün vasitələrdən istifadə edərək, ölkəmizin bu uğurlarına kölgə salmağa çalışırlar.
{img2}{img3}
İnsan hüquq və azadlıqlarının total şəkildə pozulduğu, milli və dini (hətta məzhəb) ayrı seçkiliyini dövlət siyasətinin tərkib hissəsi olaraq həyata keçirən, hüquqi və demokratik prinsiplərə məhəl qoymadan  dünyadan təcrid olunmuş şəkildə yaşayan İran İslam Respublikasının qonşu dövlətlərlə bağlı təhdidləri bütün inkişaf etmiş cəmiyyətləri narahat etdiyi kimi əsaslı olaraq bizim də böyük narahatçılığımıza səbəb olmuşdur.

Təəssüflə bildiririk ki, özünü İslam dövləti kimi təqdim edən İran 20 ildir ki, Dağlıq Qarabağda Ermənistan ordusu tərəfindən dinc müsəlman Azərbaycanlılara qarşı törədilmiş soyqırımlara göz yumaraq, bu gün də işğalçı Ermənistanla rəsmi olaraq bütün sahələrdə əməkdaşlığı davam etdirməkdədir.

Biz bütün dünyada demokratiyanın və hüququn aliliyi prinsiplərini öz fəaliyyətində başlıca şərt olaraq qəbul edən ictimai və diaspora təşkilatları olaraq, İranın müstəqil Azərbaycan dövlətinə qarşı apardığı anti təbliğat kompaniyalarını qətiyyətlə pisləyərək, bəyan edirik;
{img4}{img5}
•    İranda müstəqil, demokratik Azərbaycana qarşı sistemli şəkildə aparılan anti-təbliğat  kampaniyası dərhal dayandırılsın,
•    Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan Ermənistanla bütün əlaqələrə son verilsin,
•    İranda yaşayan 35 milyonluq Azərbaycan türklərinin milli kimliyi və ana dili rəsmi qaydada tanınsın,
•    Milli düşüncəsinə görə həbs və işgəncə altında olan bütün Azərbaycan türkləri qeyd-şərtsiz azadlığa buraxılsın.

ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15302.html