Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » ATXƏM-də Evrovizyon gecəsi
25.05.12 04:46

May ayının 24-də “Evrovizyon - 2012” musiqi yarışmasında iştirak edən Latviyanın musiqi qrupu və Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hardijs Baumanis Azərbaycanların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) dəvətiylə təşkilatı ziyarət etdilər.
ATXƏM-in sədri İlham İsmayılov Latviya musiqi qrupunun finala vəsiqə qazanmasa da, bu qurupun Azərbaycan xalqının qəlbində ayrıca yeri olduğunu bildirdi: “Sizin musiqi qrupunuzun Azərbaycan xalq mahnısı olan və erməni işğalına məruz qalmış “Sarı gəlin”ə müraciət etməniz çox təqdirəlayiq haldır. Bu münasibətiniz sizin gəlmiş olduğunuz ölkəyə, onun tarixinə və mədəniyyətinə nə qədər önəm verdiyinizi bir daha sübut edir. Azərbaycan xalqına, onun mədəniyyətinə göstərmiş olduğunuz bu münasibət sizi bizim üçün çox əziz və qiymətli etməkdədir”.
{img7}{img2}Daha sonra ATXƏM-də Latviyalı qonaqların şərəfinə ziyafət verilmişdir. Ziyafətdə iştirak edən Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hardijs Baumanis ölkələrimiz arasındakı dostluq, qardaşlıq münasibətlərinin daima inkişaf etdiyini bildirərək, Azərbaycanın regionda artan nüfuzundan bəhs etmişdir. Səfir eyni zamanda Azərbaycanın belə bir mötəbər musiqi yarışmasını çox yüksək səviyyədə təşkil etdiyini də qeyd etmişdir.   


{img3}{img4}


{img5}{img6}

URL / WWW
http://atxem.az/news/a-15309.html