Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » ATXƏM-in “Qaraçala” futbol klubu çempion oldu
01.06.12 01:48

Klub oktyabr ayında ölkəmizi Avropa məkanında təmsil edəcək

Mayın 28-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təsis etdiyi “Qaraçala” futbol komandası Respublika günündə bütün idmansevərlərə əsl ikiqat bayram yaşatdı.
Belə ki, “Qaraçala” futbol klubu 28 may 2012-ci ildə AFFA-nın Həvəskar Futbol Federasiyasının Dalğa Arenada təşkil etdiyi həvəskarlar arasında XIV ölkə birinciliyi final oyununda Bakının “Çevik” futbol klubu ilə qarşılaşdı. 90 dəqiqə ərzində gərgin şəraitdə keçən final oyunu 1:2 hesabı ilə “Qaraçala” komandasının qələbəsi ilə yekunlaşmışdır. Bu qələbə ilə ATXƏM-in “Qaraçala” futbol komandası həvəskarlar arasında finala çıxaraq, Avropa məkanında ölkəmizi təmsil etmək hüququ əldə etmişdir.
{img20}{img21}“Qaraçala” futbol klubu bu ilin oktyabr ayında Avropada həvəskar liqasında oynamaq üçün artıq hazırlıqlara başlayıb.
Qeyd edək ki, iyun ayının 2-də Salyan rayonu Qaraçala qəsəbəsində ATXƏM Salyan rayon icra strukturları ilə birlikdə komandanın qələbəsi şərəfinə silsilə tədbirlər keçiriləcək. Tədbirlərdə qaliblər mükafatlandırılacaq, “Neftçi” futbol veteranları ilə region futbol veteranlarının yoldaşlıq oyunu da keçiriləcəkdir.  

{img22}

                                                                      

Çempionlara layiqli təqdimat


İyunun 2-də ATXƏM Salyan rayonu Qaraçala qəsəbəsində komandanın qələbəsi şərəfinə silsilə tədbirlər keçirdi. Tədbirdə Azərbaycan futbol təşkilatlarının rəhbərləri, məhşur futbol veteranları, eləcə də rayon icra strukturlarının nümayəndələri, eyni zamanda İspaniyanın “Valensiya” futbol komandasının rəhbər heyətində təmsil olunan futbol mütəxəssisləri də iştirak edirdilər.
Silsilə tədbirlər çərçivəsində ilk öncə “Neftçi” futbol klubunun veteranlardan ibarət komandası ilə “Qaraçala” futbol klubunun veteran futbolçuları arasında, daha sonra isə AFFA-nın Həvəskar Futbol Federasiyasının təşkil etdiyi həvəskarlar arasında XIV ölkə birinciliyinin qalibi ATXƏM-in {img6}{img7}“Qaraçala” komandası ilə Salyan rayonu “Qarabağlı” komandaları arasında yoldaşlıq oyunları təşkil olundu.
Hər iki oyundan sonra ölkə çempionu olmuş “Qaraçala” futbol komandasına Futbol təşkilatları və ATXƏM tərəfindən pul mükafatları təqdim olundu və ölkə birinciliyini təsdiq edək kubok komandaya təqdim olundu.
Təqdimetmə mərasimində çıxış edən Prezident Adminstrasiyasının ictimai-siyasi şöbənin sektor müdiri Qafar Əliyev, ATXƏM sədri İlham İsmayılov, Salyan rayonu İcra hakimiyyətinin nümayəndəsi, AFFA-nın Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov və vitse-prezident Maşallah Əhmədov,  AFFA-nın Həvəskar Futbol Federasiyasının prezidenti Kamil Rəhimov və içra katibi Füzuli Nəcəfov, Valensiya “Bakı” futbol komandasının prezidenti Gülnarə xanım, Kür-Xəzər Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov, Salyan rayonu Ağsaqqallar Şurasının sədri Beydulla İmanov və Salyan rayonu Ziyalılar Birliyinin sədri Qulam Sadiq “Qaraçala” futbol komandasını qazandıqları qələbə münasibətilə təbrik edərək, komandaya uğurlar arzulamışlar. Natiqlər öz çıxışlarında cari ilin oktyabr ayında Avropada təşkil olunacaq UEFA-nın Avropa Həvəskarlar liqasında Azərbaycanı təmsil edəcək bu komandanın qələbə çalacağına inandıqlarını bildirmişlər. Qeyd edək ki, oktyabr ayında Litvada təşkil olunacaq oyunlarda “Qaraçala” komandasının rəqibləri Şimali İrlandiya, UELS və Litvanın həvəskarlardan ibarət komandaları olacaqdır.
{img8}{img9}Tədbirin sonunda “Qaraçala” komandasına ölkə birinciliyinin qalibi kimi AFFA-nın Həvəskarlar Futbol Federasiyasının kuboku təqdim olunmuşdur. Kuboku komandaya İspaniyanın “Valensiya” futbol komandasının idman mütəxəssisi Dieqo le Dieqo təqdim etmiş, komanda üzvlərinə ATXƏM-in diplom və pul mükafatları, eləcə də qiymətli hədiyyələr təqdim olunmuşdur. Daha sonra tədbir komandanın şərəfinə verilmiş ziyafət və əyləncəli musiqi proqramı ilə davam etdirilmişdir.


{img10}{img11}
 


{img12}{img13}
 


{img14}{img15}
 


{img16}{img17}
 


{img18}{img19}


                                                                 
{img23}{img24}
 


{img25}{img26}
 


{img27}
 




ATXƏM-in
Mətbuat xidməti


URL / WWW
http://atxem.az/news/a-15310.html