Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » “Türk dünyasının ən yaxşı sənət adamı”
31.05.12 17:40

Azərbaycanın əməkdar artisti Azərin “Türk dünyasının ən yaxşı sənət adamı” mükafatı alıb.
Lent.az-ın məlumatına görə, Azərin bu ada Makedoniyada keçirilən mükafatlandırılmada layiq görülüb.
Sənətçi Türkiyədəki işlərindən danışaraq bildirib ki, Azərbaycanda keçirilən “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar o, bir sıra verilişlərə qatılıb, Azərbaycan haqqında məlumat verib: “Türkiyədə fəaliyyət göstərdiyim müddətdə hər zaman çalışmışam ki, Azərbaycan mədəniyyətini, dövlətini layiqincə təbliğ edim. Son bir ayda isə Türkiyədə həm “Evrovision”la, həm də Azərbaycan Cümhuriyyətinin 94 ildönümü ilə əlaqədar keçirilən tədbirlərində iştirak etdim. Mən müsabiqə keçirilən zaman Azərbaycanda olmağı çox istəsəm də Türkiyədəki işlərlə əlaqədar buna imkan tapa bilmədim. Amma burada çalışdım ki, mən də Azərbaycanın ev sahibi olaraq möhtəşəm təşkilatçılığını, qonaqpərvərliyini Türkiyədə təbliğ edim”.

URL / WWW
http://atxem.az/news/a-15311.html