Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Zafer Çağlayan: “Türkiyənin Ermənistana münasibəti dəyişməyəcək”
12.06.12 09:07

Türkiyənin iqtisadiyyat naziri Zafer Çağlayan ölkəsinin Ermənistanla diplomatik münasibət qurmayacağını bildirib.
Gün.Az “Habertürk” qəzetinə istinadən xəbər verir ki, Z.Çağlayan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini boşaltmayana qədər, təcrid vəziyyətində qalacağını deyib.
Ötən gün Qars şəhərində keçirilimiş Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumundan sonra açıqlama verən Z.Çağlayan Ankaranın Ermənistana yönəlik mövqeyinin dəyişmədiyini bir daha diqqətə çatdırıb: “Türkiyənin Ermənistana qarşı tutduğu mövqe sona qədər dəyişməyəcək. Azərbaycanın həssaslığı bizim həssaslığımızdır, sevinci də, kədəri də bizimdir. Bir daha deyirəm, Ermənistan Azərbaycan torpaqlarından çıxmayana qədər onunla heç bir diplomatik münasibət qurulmayacaq.Türkiyə olaraq, hər zaman sülh və sabitliyi pozmaq istəyən qüvvələrin qarşısında olmuşuq və olacağıq”.

URL / WWW
http://atxem.az/news/a-15314.html