Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Ortaq türk əlifbasının yaradılması məsələsini öyrənilir
17.06.12 09:47

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) bütün türkdilli ölkələr üçün vahid əlifba yaradılmasını təklif edir.APA-nın Qazaxıstan KİV-nə istinadən xəbərinə görə, bunu TDƏŞ-in baş katibi Xəlil Akıncı deyib.
Onun sözlərinə görə, hazırda Qazaxıstandakı Türk Akademiyası TDƏŞ-in təşəbbüsü ilə türkdilli ölkələr üçün vahid əlifba yaradılması məsələsini öyrənir: “Biz bir dilin digəri ilə əvəzlənməsi haqqında danışmırıq. Heç kim başqasına nəyisə sırımağa hazırlaşmır. Bu ideyanın əsas məqsədi bir-birimizi daha yaxşı başa düşməyimiz üçün türk dilləri əsasında vahid əlifba yaratmaqdır”.
Qeyd edək ki, TDƏŞ 2009-cu ildə Naxçıvanda keçirilən sammitin qərarına əsasən yaradılıb. Hazırda TDƏŞ-ə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir. Şuranın ilk iclası ötən il Astanada keçirilib. Növbəti iclas isə bu ilin avqustunda Bişkekdə keçiriləcək.

URL / WWW
http://atxem.az/news/a-15315.html