Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» TürkPA Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında müşahidəçi statusu alacaq
23.06.12 17:41
BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək 66-cı sessiyasında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) bu quruma müşahidəçi statusu ilə qəbulu məsələsinə baxılacaq.
APA-nın məlumatına görə, bunu TürkPA-nın baş katibi Ramil Həsənov bildirib.
Bununla bağlı TürkPA-ya üzv ölkələrin BMT-dəki səfirlərinin müvafiq işlər apardığını deyən R. Həsənovun sözlərinə görə, BMT Baş Assambleyasında müşahidəçi statusu almağın qurumun beynəlxalq fəaliyyətində mühüm rol oynayacaq.
R. Həsənov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (TürkKON) dövlət başçılarının Bişkekdə keçirilməsi planlaşdırılan sammitində TürkPA və TürkKON arasında əməkdaşlıq barədə sazişinin imzalanacağını söyləyib.
R. Həsənov TürkPA-nın cari ilin ilk yarısında fəaliyyəti barədə hesabat verərək deyib ki, bu müddət ərzində ATƏT PA-nın, MDB PA-nın, Avropa Birliyi Xarici İşlər Nazirləri Şurasının, İslam Əməkdaşlıq Təşkilatı PA-nın, Avropa Parlamentinin və digər beynəlxalq qurumların həlledici tədbirlərində və layihələrində yaxından iştirak edilib.
Fevral ayında ATƏT PA-nın sessiyası çərçivəsində qurumun nümayəndələri ilə TürkPA nümayəndələri arasında danışıqlar aparılıb.
URL / WWW
http://atxem.az/news/a-15317.html