Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Nuru Paşaya abidə qoyuldu
29.06.12 10:45

Türkiyənin Azərbaycandakı səfirliyində Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın abidəsinin açılış mərasimi keçirilib.APA-nın xəbərinə görə, səfirliyin Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Türkiyənin Azərbaycandakı hərbi attaşeliyinin zabiti kapitan Seçkin Ceylan Qafqaz İslam Ordusunun döyüş yolu barədə təqdimat keçirib. Qeyd edib ki, ordunun keçirdiyi döyüşlərdə 1130 Osmanlı əsgəri şəhid olub, 1936 nəfər isə yaralanıb. Daha sonra tədbirdə çıxış edən Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri Nizami Cəfərov Nuru Paşanın büstünün açılışını tarixi hadisə adlandırıb. O, Nuru Paşanı Azərbaycan və Türkiyə arasında milli birliyin, bütövlüyün abidəsi adlandırıb. Azərbaycan ictimaiyyət nümayəndələrinin, KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə Milli Məclisin deputatları və tarixçilər də çıxış edib. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç çıxışında qeyd edib ki, Qafqaz İslam Ordusu 1918-ci ildə Azərbaycana öz qardaşlıq köməyini edib və tarixi missiyasını yerinə yetirib.Səfir jurnalistlərə açıqlamasında Nuru Paşanın gələcəkdə Bakının başqa yerlərində də abidəsinin qoyulacağına inandığını söyləyib.
URL / WWW
http://atxem.az/news/a-15319.html