Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Məqalələr
» İLKİN ƏLİYEV
10.05.12 05:02
ABŞ-Azərbaycan strateji əməkdaşlığına gedən çətin yol (1992-2012)
Dünyanın hegomon dövlətlərindən biri olan ABŞ-ın Xəzər regionu və Orta Asiya bölgəsi, eləcə də bütün postsovet məkanına daxil olan ölkələrlə münasibətlərində hakim olan prinsiplər Azərbaycan Respublikasına da aid edilir. Cənubi Qafqazın dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-la əməkdaşlıqda ilk öncə regional təhlükəsizliyinə və ərazi bütövlüyünə qarant almaq, Dağlıq Qarabağ Ermənistan-Azərbaycan probleminin ədalətli həllinə nail olmaq, Azərbaycanin beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyünün bərpa olunmasına dəstək qazanmaq, öz enerji ehtiyatlarını dünya bazarlarına sərbəst və təhlükəsiz şəkildə çıxarmağa nail olmaq, həmcinin də demokratiya və insan hüquqlarının qorunması və vətəndaş cəmiyyətinin bərqərar olması sahəsində böyük təcrübəsi olan bu ölkə ilə ciddi əməkdaşlıq etmək istəyir.ABŞ-ın isə regiona və Azərbaycana maraqları enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizliyin təmin olunması və demokratiya və insan hüquqlarının qorunması sahəsində qarşılıqlı faydalı əməkdaşlıq etməkdən ibarətdir. Qeyd etmək istərdim ki, ABŞ Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olub və 1991-ci ilin aprelində dövlətlərimiz arasında diplomatik münasibətlər qurulub. 2012-ci ilin aprelin 26-da Vaşinqtonda ABŞ-Azərbaycan mynasibətlərinin 20 illiyi təntənəli şəkildə qeyd olunmuşdur. 1992-ci ilin dekabrın 25-də ABŞ Konqresi bu ölkədə fəaliyyət göstərən erməni lobbisinin təsiri ilə Azərbaycan Respublikasına dövlət yardımının dayandırılması haqqında 907-ci düzəlişi qəbul etdi.O vaxtan bu günə qədər Azərbaycan Respublikası ən azı bir milyard ABŞ dollarından çox hümanitar yardımdan məhrum olunmuşdur. 1997-ci ilin uyulun 23-dən avqustun 2-dək Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Amerika Birləşmiş Ştatlarında (ABŞ) ilk rəsmi dövlət səfərində oldu. Azərbaycan prezidenti həmin 12 gün davam edən səfər zamanı müxtəlif siyasi, iqtisadi dairələrlə, ABŞ-ın və dünyanın tanınmış KİV nümayəndələri ilə,elm,təhsil,səhiyyə müəssisələrinin kollektivləri ilə,lobbiçilik fəaliyyəti ilə məşğul olan dairələrlə və Amerikada yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmişdir.Bağlanan sazişlərin və sənədlərin əsasında strateji əməkdaşlıq münasibətləri kimi xarakterizə olunan ABŞ-Azərbaycan əlaqələrinin bünövrəsi daha da möhkəmləndirilmiş,ikitərəfli münasibətlərimizin gələcək inkişafı dinamik xarakter almışdır.1997-ci ilin avqustun 1-də ümummilli lider Heydər Əliyev Vaşinqtonda ABŞ prezidenti Bill Klinton ilə Ağ evdə 4 saata yaxın davam edən görüş keçirdi.Prezident Bill Klinton rəsmi sənədlərin imzalanması mərasimində verdiyi bəyanatda bildirdi:”Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan müstəqillikdən irəli gələn vəzifələrin həyata keçirilməsində əhəmiyyətli tərəqqi əldə edibdir”. ABŞ prezidentinin oturduğu Ağ evin Ruzvelt otağında Amerika-Azərbaycan münasibətləri haqqında birgə bəyanatı,ABŞ ilə Azərbaycan Respublikası arasında ikitərəfli sərmayələr haqqında müqaviləni və ölkələrimiz arasında energetika sahəsində dövlətlərarası dialoqun yaradılmasına dair sazişi ABŞ prezidenti Bill Klinton və Azərbaycan Prezidenti Heydər Əliyev imzaladı.Bundan əlavə ABŞ-ın “Amoko”,”Şevron”,”Ekson” və “Mobil” kimi dörd iri neft şirkəti ilə 6 (altı) milyard ABŞ dölları həcmində dörd yeni neft müqaviləsi imzalandı.Bu sənədləri imzaladıqdan sonra dövlət başçıları bəyanatla çıxış etdilər.ABŞ prezidenti Bill Klinton öz bəyanatında bildirdi:”Amerika Azərbaycanda qüdrətli,müstəqil dövlət qurulması istiqamətində göstərilən səyləri tam dəstəkləyir.Azərbaycanın uğuru bizim də mənafeyimizə uygundur”.Bill Klinton onu da xüsusi vurğuladı ki,Xəzərin sərvətlərinin istismarında Azərbaycanla birlikdə çalışarkən biz təkcə Azərbaycanın çiçəklənməsinə kömək etmirik,həmçinin ölkəmizin enerji məhsulları ilə təhcizatını müxtəlif yollarla təmin edirik və dövlətimizin təhlükəsizliyinin möhkəmlənməsinə yardım etmiş oluruq.Biz istəyirik ki,Azərbaycan tam tərəfdaşımız olsun,demokratiyasında sabit,müstəqilliyində təhlükəsiz olsun və öz qonşuları ilə sülh şəraitində yaşasın. Yaxud da ABŞ-ın enenergetika naziri Fedrriko Penya ilə görüşərkən onun Azərbaycan prezidenti Heydər Əliyevə müraciətlə dediyi cənab prezident, ölkənizdə sabitliyi bərpa etməklə, sabit hökümət, iqtisadiyyat yaratmaqla siz Amerika Birləşmiş Ştatlarında dərin hörmət və ehtiram qazanmısınız.ABŞ-ın dövlət katibi Madlen Olbrayt Azərbaycan prezidenti Heydər Əliyevlə görüşərkən xüsusi olaraq vurğuladı ki,o,bu vəzifədə olduğu dövrdə ABŞ-da Heydər Əliyev qədər yüksək səviyyədə qarşılanan və uğurlu səfər edən ikinci prezident hələ ki,görməyibdir.M.Olbrayt Heydər Əliyevi Corc Vaşinqtonla müqayisə etdi və onu Amerikanın böyük dostu adlandırdı. Olduqca çətin və gərgin keçən həmin görüşlərin və sənədlərin hazırlanmasında və qəbulunda Azərbaycan Respublikasının ABŞ-dakı o vaxtkı səfiri,hazırda Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini,XİN Diplomatik Akademiyasının rektoru Hafiz Mircəlal oğlu Paşayevin bir səfir və diplomat kimi əməyi, səriştəsi və bacarıgı mühüm rol oynamışdır.Ümumiyyətlə,müstəqillik qazandıqdan indiyə qədər olan dövrdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirlik və konsulluqlarının işçilərinin,diplomatlarin fədakarlıgı,onların uzaq ölkədə Azərbaycan naminə apardıqları mübarizə,erməni təbliğatına qarşı vaxtinda verdikləri adekvat cavablar,keçirdikləri yüksək səviyyəli tədbirlər xalqımızın yaddaşına dərin şəkildə həkk olunmuşdur.Azərbaycan Respublikasının ABŞ-da Fövqalədə və Səlahiyyətli səfiri cənab Elin Suleymanovun Los-Ancelos şəhərində konsul kimi fəal olması və hal-hazırda da bir işküzar səfir kimi nəaliyyətləri,Los Anceles şəhərində Baş Konsulumuz Nəsimi Ağayevin,Azərbaycanın BMT Yanında Daimi Nümayəndəliyin Başçısı Aqşin Mehdiyevin uğurlu diplomatik fəaliyyəti də biz gənclər üçün örnəkdir. ABŞ-Azərbaycan münasibətlərindən danışarkən bir məsələni də unutmaq lazım deyil ki,1992 ci ilin martın 2-sindən Azərbaycan BMT-nin üzvüdür və həmin təşkilat məhz ABŞ- ın Nyu-York şəhərində yerləşir.Müstəqillik tariximizdə ilk dəfə olaraq 2011-ci ilin oktyabrın-24-də BMT üzvü olan 193 dövlətdən 155-nin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının 10 qeyri daimi üzvündən biri secildi.Azərbaycan Prezidenti cənab İlham Əliyev bu tarixi əhəmiyyətli hadisə münasibəti ilə Azərbaycan xalqını xüsusi bəyanatla təbrik etdi və qeyd etdi ki,biz 20 il müddətində özümüzü müstəqil dövlət kimi dünyada təsdiq edə bilmişik.Azərbaycan prezidenti bəyan etdi ki,Azərbaycan bu təşkilatda sadiq olduğu ideallara ,sülhə,təhlükəsizliyə,demokratiyaya,ədalətə xidmət edəcək.BMT üzvü olan 155 ölkənin Azərbaycanı dəstəkləməsı onu subut edir ki,bu ölkələr Azərbaycanın dostlarıdır,onlar Azərbaycan ın ərazi bütövlüyünü dəstəkləyirlər,Azərbaycanı bir sülhsevər dövlət kimi tanıyır,onun beynəlxalq sülhün və təhlükəsizliyin saxlanılmasına,təşkilatın digər məqsədlərinin həyata keçirilməsində töhvə verəcəyinə inanırlar.2012-ci ilin may ayinda Azərbaycan bir ay müddətində BMT Təhlükəsizlik Şurasına sədrlik etdi və onun sədrliyi dövründə qlobal əhəmiyyətli bir çox dünya hadisələri ilə bağlı qərarlar qəbul olundu.Beləliklə,Azərbaycanın beynəlxalq nüfuzunun artması,onun siyasi və iqtisadi qüdrətinin güclənməsi təbii ki,ABŞ-Azərbaycan münasibətlərinə də müsbət təsir göstərir,dövlətlərimiz arasında etimadın və dostluq əlaqələrinin güclənməsimə müsbət təsir göstərir. ABŞ-Azərbaycan tərəfdaşlıq münasibətləri möhkəm təməl , qarşılıqlı maraq və inam üzərində qurulduğuna görə Corc Buşun və Barak Obamanın prezidentliyi dönəmində də bu münasibətlər daim inkişaf etmiş və daha da dərinləşmişdir.Hazırda Azərbaycan ABŞ-ın regionda etibarlı enerji tərəfdaşı,sülhün və təhlükəsizliyin qorunması,beynəlxalq terrorizmlə mübarizədə sınanilmış əməkdaşıdır.ABŞ Dövlət Departamentinin 2011-ci ildə dünya ölkələri üzrə terrorla mübarizəyə dair açıqlanan hesabatının(2012-ci il, 31 iyul) Azərbaycana aid hissəsində qeyd edilib ki,Azərbaycan Qafqazdan canlı qüvvə pul və təhcizat materiallarına nəzarət etməklə fəal şəkildə terrorizmə qarşı çıxış edir.Dövlətlərimizin bir çox müasir beynəlxalq məsələlərdə baxışları və mövqeləri üst-üstə düşür.Lakin onu da qeyd etmək yerinə düşər ki,bir çox başqa dövlətlərdə olduğu kimi ABŞ-da da erməni lobbisi ilduqca güclüdür.Onlar hər vasitə ilə calışırlar ki,ABŞ-la Azərbaycanın münasibətlərini korlasınlar.Bu istiqamətdə xüsusilə ABŞ Konqresində iş aparır,xeyli sayda konqresmeni öz tərəflərinə çəkə bilmişlər.Bu mənada ABŞ-da yaşayan azərbaycanlıların üzərinə böyük vəzifələr düşür.Məlum olduğu kimi,ABŞ-ın müxtəlif ştatlarında və iri şəhərlərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri ABŞ-Azərbaycan mynasibətlərinin inkişafına və dostluğunun möhkəmlənməsinə əvəzsiz töhfə verirlər.Belə cəmiyyətlərdən Hyuston-Bakı Qardaş Şəhər Assosiasiyası(sədri İradə Axundova),Amerika –Azərbaycan Cəmiyyəti (sədri Tomris Azəri),Hyuston Azərbaycanlıları Cəmiyyəti (sədriCavid Zeynalov) ,Amerika-Azərbaycan Ticarət Palatası (icraçı direktor Mahir İskəndərli),Vaşinqton-Azərbaycan Mədəniyyət Mərkəzi (sədri Bədir Məmmədli),Amerika –Azərbaycan Şurası (sədriCeyhun Mollazadə),Qafqaz Yahudiləri Cəmiyyəti (sədri Yakov Abramov),Amerika Azərbaycan Mədəniyyət Assosiyasiyası (sədri Töhvə Eminova),Azərbaycan Nyu-York Assosisasiyası (sədri Əli Nəsibov),Şimali Azərbaycan Mədəniyyət Mərkəzi (sədri Samir Lütfəliyev),Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Ocağı (sədri Həmid Əhmədi),Amerika-Azərbaycan Şurası (sədriCavid Hüseynov),Muğam Mədəniyyət Mərkəzi (sədri Cefri Verbok),Gün Az TV kanalı (sədri Əhməd Obalı),Azerbaijan İnternational Jurnalı (sədri Betti Bleyr),Türk Amerikan Dərnəkləri Federasiyası (sədri Kaya Boztəpə),Azərbaycan Mədəniyyət Mərkəzi (sədri Fuad Xudçatov), Mirvari Beynəlxalq Fondu (sədri Leyla İsmayılova), US Azeri network sədri (Adil Bağırov),Azərbaycan Amerika Alyansi (sədri Anar Məmmədov) və başqa cəmiyyətləri qeyd etmək olar. Hyuston-Baku Qardaş Şəhər Assosiasiyasının prezidenti İradə xanım Axundova son vaxtlar xeyli fəallaşmış,Hyustonda fəaliyyət göstərən və yaşayan azərbaycanlılar arasında daha çox diaspora sahəsində fəallıq göstərməyə başlamışdır.O,son bir neçə ildə bir neçə dəfə Azərbaycana gəlmiş,hər dəfə də özü ilə bir neçə tanınmış elm və mədəniyyət xadimi,yerli qanunverici orqanda çalışan senator və konqresmenləri Azərbaycana dəvət etmiş,onları ölkəmizə gətirərək Azərbaycanı görmələri və tanımaları üçün şərait yaratmışdır. 2012-ci il iyulun 24-30 tarixində Azərbaycana gələn 9 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində yerli konqresin yzvləri olan tanınmış senator və konqresmenlər olmuşdur.Onlar Bakı şəhərində olmuş,Azərbaycanın Qəbələ şəhərində keçirilən ənənəvi 4-cü Qəbələ musiqi festifalında iştirak etmişlər.Qonaqlar təkcə Bakı şəhərinin deyil, regionların da belə sürətlə inkişaf etdiyini görməkdən məmnun olduqlarını qeyd etmişlər.Hər dəfə belə nümayəndə heyətlərinin gəlişi ilə Amerika cəmiyyətini təmsil edən insanlar Azərbaycanı daha da yaxından tanıyır və onun həm ugurlarını,həm də problemlərini dərk edirlər.Azərbaycanliların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və həmin cəmiyyətin təşkilatçılığı və dəvəti ilə 2012-ci ilin avqustun 15-dən sentiyabrın 15-nədək Azərbaycanda fəliyyət göstərən Qafqaz Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin 3-cü kursunda təhsil alan dörd tələbəsi ABŞ-ın Hyuston şəhərində İradə Axundovanın rəhbərliyi altında bir aylıq praktika keçəcəklər.Bütün bunlar onu deməyə asas verir ki,ABŞ-da fəaliyyət göstərən cəmiyyət və təşkilatlar öz iş metodlarını və fəaliyyət istiqamətlərini daha da artırırlar. Bu cəmiyyətlərin fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının yeritdiyi daxili və xarici siyasətin mahiyyəti,Azərbaycanın əldə etdiyi uğurlar, mədəni irsimiz,milli-mənəvi dəyərlərimiz,adət-ənənələrimiz,tariximiz və Dağlıq Qarabağ probleminin mahiyyəti,torpaqlarımızın işğalı səbəbləri,dynya azərbaycanlılarının soyqırımı və deportasiyası kimi məsələlərin mahiyyəti Amerika ictimayyətinə çatdırılır.
İLKİN ƏLİYEV
QAFQAZ Universitetinin
İqtisadiyyat və İdarəetmə Fakültəsinin beynəlxalq münasibətlər bölməsinin 3-cü kurs tələbəsi
URL / WWW
http://atxem.az/news/a-15320.html