Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İranda tanınmış azərbaycanlı şair-publisist Səid Muğanlı azadlığa buraxılıb
22.07.12 16:26

İranda türk dilində yazan tanınmış şair-publisist, jurnalist Səid Muğanlı azadlığa buraxılıb.APA-nın məlumatına görə, azərbaycanlı jurnalist barəsində çıxarılmış 6 aylıq həbs cəzasını bitirdikdən sonra o, Təbrizin mərkəzi həbsxanasından azadlığa buraxılıb. Qeyd edək ki, Səid Muğanlı (Beytullah Məhəmmədi) Təbriz İnqilab Məhkəməsi tərəfindən İrandakı mövcud quruluşun əleyhinə şeirlər yazmaqda ittiham olunaraq 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərar ötən ilin dekabrında Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb. Azərbaycanlı jurnalist 2011-ci ilin iyunun 8-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib və sentyabrın 25-də 50 min ABŞ dolları məbləğində girov müqabilində azadlığa buraxılıb. ETTELAAT-ın təcridxanasında 110 gün saxlanılan azərbaycanlı şairin ağır işgəncələrə məruz qaldığı bildirilir.
URL / WWW
http://atxem.az/news/a-15322.html