Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » "Türk dünyası şairlər otağı" yaradılır
03.08.12 17:21

Yalova Bələdiyyəsi sədrinin məsləhətçisi Şəmsəddin Şəkər, sənət tarixçisi Asiə Karabulud və memar Aydın Avçı Bakıdadır. Üç günlük səfər zamanı Azərbaycanın mədəniyyət ocaqları ilə tanış olan qonaqlar və Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslan bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüblər. Publika.Az-ın məlumatına görə, Azərbaycana səfərin məqsədini açıqlayan Ş.Şəkər bildirib ki, yaradacaqları “Türk dünyası şairlər otağı” muzeyinə Azərbaycanın 4 istiqlal şairini də daxil etmək niyyətindədirlər: ““Türk dünyası şairlər otağı” muzeyinə 40 şair daxil olacaq. 40 rəqəmi seçməyimiz Türkiyədə tarix boyu 40 sayının uğurlu olması ilə bağlıdır. Azərbaycandan Hüseyn Cavid, Əhməd Cavad, Bəxtiyar Vahabzadə və Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığını bu muzeydə sərgiləmək istəyirik”. Görüşdə Anar bu muzeyin yaradılması ideyasını çox bəyəndiyini bildirib.
URL / WWW
http://atxem.az/news/a-15323.html