Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Diaspor təşkilatlarımız Ramil Səfərovun əfv edilməsini ədalətin bərpası kimi qiymətləndirirlər
03.09.12 02:38
Prezidentin bu addımı xaricdə yaşayan soydaşlarımız üçün növbəti dayaq olub
{img1}Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov da Ramil Səfərovun öz Vətəninə ekstradisiyası və onun prezident İlham Əliyev tərəfindən əfv edilməsini dünyada yaşayan hər bir azərbaycanlının bayramı kimi dəyərləndirib. İctimai Birlik sədri deyib ki, dövlət başçısı bununla öz vətəndaşına, əsgəri və zabitinə nə qədər dəyər verdiyini bir daha təsdiqləmiş oldu: “Cənab prezident İlham Əliyevin atmış olduğu bu addım gənclərimizdə hərbi vətənpərvərlik, əzmkarlıq ruhunu bir qədər də artıracsq. Prezident İlham Əliyevin gərgin əməyi sayəsində dəyərli övladımız Mübariz İbrahimovun meyidinin ermənilər tərəfindən alınaraq yüksək səviyyədə dəfn edilməsi və dövlət başçısının sərəncamı ilə ona Azərbaycanın Milli Qəhrəmanı adının verilmısi gənclərimizdə hərbi vətənpərvərlik ruhunu nə qədər artırmışdısa, Ramil Səfərovun Azərbaycana ekstardisiyası və əfv olunması isə bu prosesi bir qədər sürətləndirəcək. Cənab İlham Əliyev hər bir azərbaycanlının prezidenti olaraq dünyada yaşayan 50 milyonluq Azərbaycan xalqının yükünü çiyinlərində daşıdığı kimi, Ali Baş Komandan olaraq da hər bir əsgər və zabitini qoruyur, ona arxa durur”. İlham İsmayılov qeyd edir ki, Azərbaycan hazırda mühaibə şəraitində olduğu üçün ona güclü, səriştəli zabitlər, mütəxəssislər lazımdır. Dövlət başçısı da atmış olduğu addımla bunu təsdiqləmiş oldu: “Yəni müharibə hələ bitməyib, davam edir. Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün hər an müharibəyə başlaya bilər. Bu zaman isə bizə Ramil Səfərov kimi dəyərli oğullar, əsgər və zabitlər lazım olacaq”. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri hesab edir ki, Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması və onun prezident İlham Əliyev tərəfindən əfv edilməsi eyni zamanda ədalətin bərpasının göstəricisidir: “Macarıstan məhkəməəsinin Ramil Səfərov barədə çıxardığı ömürılük cəza sözün həqiqi mənasında ədalətsiz bir qərar idi. Söz yox ki, o zaman belə bir qərarın qəbul edilməsində erməni diaspor və lobbisinin müstəsna xidmətləri olmuşdu. Lakin Azərbaycan dövləti və onun prezidenti cənab İlham Əliyevin atmış olduğu bu addımla ədalət bərpa edildi. Bu həm də erməni lobbisi və diasporunun növbəti məğlubiyyətinin göstəricisidir”. İlham İsmayılov rəhbərlik etdiyi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi adından başda prezident İlham Əliyev olmaqla zabitimizin ölkəyə ekstradisiyasında əməyi olan hər bir şəxsə minnətdarlığını ifadə edib.
URL / WWW
http://atxem.az/news/a-15328.html