Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Türk dünyası xəbərləri
» Türk dünyası Tarsusda bir araya gəldi
23.09.12 07:55
Tarsusda Azərbaycan şairi Əhməd Cavad adına park açıldı
Sentyabrın 17-21-də Türkiyə Cumhuruyyətinin Tarsus şəhərində Tarsus bələdiyyəsinin təşkilatçılığı ilə 11-ci Karacaoğlan Şəlalə Şer Axşamları festivalı keçirildi.
Türk dünyasının bütün bölgələrindən iştirakçıların qatıldığı bu tədbir Azərbaycan üçün çox əlamətdar olan bir hadisə ilə yadda qaldı. Tədbir çərçivəsində Tarsus bələdiyyəsi tərəfindən Azərbaycanın böyük şairi Əhməd Cavadın adına veriləcək parkın açılışı da gerçəkləşdirildi.
{img1}{img12}Qeyd edək ki, bu mötəbər tədbirdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) dəstəyilə Azərbaycandan ATXƏM sədri İlham İsmayılov, Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, sənətçi Şəmistan Əlizamanlı, “Birlik” dərgisinin baş redaktoru İlqar İlkin və Az.TV-nin Turan verilişinin çəkiliş qrupu da iştirak edirdi. Tarsus şəhərində qədim Aziz Paul kilsəsinin olması və ermənilərin qondarma ilk erməni çarlığının XII əsrdə bu şəhərdə olmasını iddia etmələrini nəzərə alsaq, Azərbaycanın istiqlal şairi Əhməd Cavadın adını daşıyacaq parkın açılmasının nə qədər mühüm olduğunu deyə bilərik. Təbii ki, Tarsus şəhərində Azərbaycan şairi Əhməd Cavadın adına parkın açılması bu şəhərdə yaşayan ermənilər üçün arzuolunmaz hal idi.
Qeyd edək ki, Tarsus Bələdiyyəsi 2012-ci ili TÜRKSOY-un Əhməd Cavad ili elan etməsi şərəfinə bu parkın qurulmasını və təntənəli açılışını həyata keçirmişdir. {img2}{img3}Əhməd Cavad adına parkın açılışında çıxış edən
Tarsus bələdiyyə başkanı Bürhanedin Kocamaz
bildirdi ki, onun başkanlığı dönəmində Tarsus şəhərində Şah İsmayıl Xətai parkı, Heydər Əliyev körpüsü açılaraq, əhalinin istifadəsinə verilmişdir. “Bu gün biz Azərbaycan şairi Əhməd Cavadın adına gözəl bir parkın açılışını edirik. Əhməd Cavad yalnız Azərbaycan deyil, bütün Türk dünyasının şairidir. Bu parkın açılışı həm də Türkiyə-Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq müstəvisində günü-gündən inkişaf etdiyini, artıq “bir millət – iki dövlət” anlayışının əməldə hər gün daha da bütünləşdiyini görməkdəyik”. Açılış mərasimində çıxış edən
Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev
qeyd etdi ki, Azərbaycan-Türkiyə arasında dostluq-qardaşlıq münasibətlərinin artıq ölkə rəhbərləri səviyyəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq müstəvisində müzakirə olunduğu bir vaxtda Türkiyədə yeni bir Azərbaycan ünvanının açılması iki qardaş ölkə arasında dostluq münasibətində yeni bir simvola çevriləcəkdir.
{img4}{img5}Tədbirdə çıxış edən
Əhməd Cavadın nəvəsi Anar Axundzadə
babasının adını daşıyacaq bir parkın açılması üçün Tarsus bələdiyyəsinə və bütün Tarsuslulara ailə adından minnətdarlığını bildirərək, Əhməd Cavadın heç yerdə çap olunmayan “Susmaram” şerini də oxudu. Azərbaycanlı sənətçi
Şəmistan Əlizamanlı
Əhməd Cavadın sözlərinə yazılmış “Çırpınırdın Kara deniz” mahnısını səsləndirərək, tədbiri daha da canlandırdı. Tədbirin sonunda Tarsus bələdiyyə başkanı Bürhanedin Kocamaz, Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, ATXƏM sədri İlham İsmayılov və Əhməd Cavadın nəvəsi Anar Axundzadə parkın açılış lentini kəsdilər.
{img6}{img7}Daha sonra 11-ci Karacaoğlan Şəlalə Şer Axşamları festivalının təntənəli bağlanış törəni keçirildi. Tədbirdə Türk dünyası şairləri, aşıqları və bələdiyyələri geniş tərkibdə təmsil olunurdu. Tədbirdə çıxış edən
ATXƏM-in sədri İlham İsmayılov
bütün Türk dünyasını Tarsusda bir araya toplayan Tarsus bələdiyyəsinə təşəkkür edərək, bildirdi ki, ATXƏM olaraq bu cür tədbirlərin keçirilməsinə bundan sonra da dəstək veriləcəkdir. “Əhməd Cavad bütün türk dünyasının birliyi üçün mücadilə aparan bir şair idi. Bu gün onların xəyal etdiyi və uğruna savaşdığı həmin türk dünyası Tarsusda bir araya gələrək, onun adını daşıyacaq gözəl bir parkın açılışını etdi. Bir zamanlar biz bu birliyi, bir arada toplanmağımızı xəyal belə edə bilmirdik. Amma indi biz artıq həm də bu birliyin qurucularından birinə çevrilmişik. Biz bu gün burada Türk dünyasının önəmli şairlərini, ozanlarını, yazarlarını, bələdiyyə sədrlərini bir arada görə bilirik. Bir arada olmaq bizim birliyimizin var olduğuna dəlalət edir”.
Tədbirdə Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı da iştirak edərək, belə tədbirləri ümumtürk mədəniyyətinə, Türk birliyinin inkişafına töhfə adlandırmışdır.
Tədbirin yekununda
Tarsus bələdiyyə başkanı Bürhanedin Kocamaz
bu tədbirə dəstək olduğu üçün ATXƏM sədrinə ayrıca təşəkkür edərək, ödül təqdim etdi. Öz növbəsində ATXƏM aədri İlham İsmayılov Azərbaycan nümayəndə heyətinin adından Tarsus Bələdiyyə başkanına xatirə hədiyyələri təqdim etdi.
{img8}
{img9}
{img10}
{img11}
ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15335.html