Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Türk dünyası xəbərləri » Trabzon Türk Dünyasını ağırladı
22.10.12 11:12

Oktyabrın 15-18-də Türkiyənin Trabzon şəhərində Türkiyə Cumhurbaşkanlığının himayəsi, Çevrə və Şəhərçilik nazirliyi, TÜRKSOY və Türk Dünyası Memarlar və Mühəndislər Birliyi, Trabzon valiliyi və Trabzon böyük şəhər bələdiyyəsinin təşkilatçılığı ilə “Türk dünyası Memarlarının və Mühəndislərinin V Qurultayı” keçirilmişdir.Trabzonda dörd gün davam edən bu beynəlxalq konfranslarda 28 ölkədən olmaq üzrə minə yaxın qurultay iştirakçısı qatılmışdır. Qurultayda Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin də iştirak etmişdir. Ünlü Memar Sinanın xatirəsinə həsr olunmuş Türk dünyası Memarlıq, Mühəndislik və Şəhərçilik beynəlxalq Proje olimpiyatları adı altında keçirilən tədbir ilk öncə hava limanında qonaqların möhtəşəm bir törənlə qarşılanması ilə başladı. Sayğı duruşundan sonra İstiqlal Marşının oxunması ilə davam edən törəndə Trabzon valisi Recep Kızılcık qonaqları salamlayaraq, bu tədbirlərin bütün türk dünyasına və insanlığa bir töhvə olacağını bildirdi. Daha sonra açılış törəni Hamamizadə İhsan bəy Kültür Mərkəzində protokol çıxışları ilə davam etdirildi və Türk dünyasında önəmli yer tutan dəmir döymə mərasimilə yekunlaşdı. {img1}{img2}Tədbirdə çıxış edən Türkiyənin Çevrə və Şəhərçilik naziri Erdoğan Bayraktar qeyd etdi ki, millətlərin və mədəniyyətlərin düşüncələrinin yansımaları olan şəhərlər və memarlıq örnəklərinin bir qismi günümüzə qədər gəlib çıxmışdır: “Bizlərin sahib olduğu mədəniyyətdə Orta Asiyadan tutmuş Hindistana, İrandan Şimali Afrikaya, Avropadan Anadolu coğrafiyasına kimi bir çox dövlət quran əcdadlarımızın təməl fəlsəfəsi Ertoğrul Qazinin dediyi kimi, “insanı yaşat ki, dövlət yaşasın” düsturu olmuşdur. Bu çevrədə Türk-İslam mədəniyyətinin ortaya qoyduğu düşüncə sistemi və həyat tərzi insanlara və bütün təbiət varlıqlarına Allahın qüdrətini, elmini və iradəsini yansıtan bir kainat tablosu təqdim etməkdədir”. Kuzey Kıbrıs Türk Cumhuriyetinin (KKTC) daxili işlər naziri Nazim Çavuşoğlu açılış mərasimindəki çıxışında bildirdi ki, biz Türk Dünyası olaraq əvvəlllər qərb dövlətlərinin birlik və bərabərlik içində olduğuna imrənərək, bu birliyin içində olmağa can atırdıq: “Bu gün Türkiyənin dəstəyilə Türk Dünyasının birliyi artıq bir reallığa çevrilərək, öncə heyranlıqla izlədiyimiz modern projeləri artıq günümüzdə özümüz də reallaşdırmağa başlamışıq”. Kıprıs adasındakı Türklüyün varlığı və davamının son dərəcə önəmli olduğunu ifadə edən Çavuşoğlu “Atalarımızdan bizə miras qalan bütün təbii və mədəni varlıqlarımızın korunması və inkişaf etdirilməsinə daha çox özən göstərməliyiz” – deyə sözünü tamamladı. {img3}{img4}TÜRKSOY-un baş katibi Duysen Kaseinov dünyanın dörd bir yanından gəlmiş Türk xalqlarının Qaradənizin incisi olan Trabzonda bir araya gəlməsinin çox böyük önəm daşıdığını bildirdi: “Biz bu Qurultayda Türk xalqlarının əməkdaşlığını gücləndirməyi və dəstəkləməyi planlaşdırırıq. Bu baxımdan bu gün dəstəklədiyimiz qurultay tarixi bir hadisə olmaqla yanaşı, bizim gələcək strateji əməkdaşlığımızın dərinləşməsi üçün də çox faydalı olacaqdır. Dolayısıyla bu qurultay Türk dünyasına çox vacib bir xidmətdir”. Trabzon Bələdiyyə başkanı Orhan Fevzi Gümrükçüoğlu öz çıxışında Trabzonun mədəniyyətlərin ortaq kültürünü öz bünyəsində barındıran bir şəhər olduğunu söylədi. Gümrükçüoğlu Türkiyənin bütün bölgələrində olduğu kimi Trabzonda da şəhərləşmənin və yeni layihələrin gerçəkləşməsi ilə Trabzonun bütün çöhrəsinin dəyişəcəyini qeyd etdi. Açılış tədbirində Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri İlyas Demirci, Avropa Müsəlmanlar Birliyinin fəxri sədri Prof. dr. Nevzat Yalçıntaş və Türkiyənin keçmiş mədəniyyət naziri Namik Kamal Zeybek də çıxış edərək, türk dünyasının birlik və bərabərliyi üçün belə tədbirlərin əhəmiyyətini qeyd etdilər. Namik Kamal Zeybek öz çıxışında “Bizlər tarixi və mədəni bağlarımızı yenidən bərpa etmək üçün bir deyil, min bağla bağlanmalıyız. Bizim üçün tək yol Türk Birliyidir” – dedi. İpəkyolu Üniversitləri birliyinin sədri, Ərzurum Atatürk Üniversitetinin rektoru prof. dr. Hikmet Koçak isə öz çıxışında 30 ölkədən 200 Universitetin birgə yaratdığı İpəkyolu Unuversitetlər Birliyi sədri olaraq Trabzonda gerçəkləşən bu tədbirlərin bütün dünyada səs salacağını bildirdi. “Biz bu günlərdə Ərzurumda üçüncüsünü keçirdiyimiz İpəkyolu Universitetlər Birliyi toplantısında Universitetlər arası təhsil və elm karvanı qurmaqla bağlı qərara gəldik. İpək yolu Universitetlərarası qış olimpiyadalarını keçirməyi planlaşdırdıq. Bu layihələr Türk dünyasında birlik və bərabərliyin gücləndirilməsinə xidmət edəcəkdir". {img5}Qurultayin ikinci günündə isə tədbir müxtəlif Türk böyüklərinin adına verilmiş oturumlarda davam etdirildi. İmam Burhani otrumunda Trabzon valisi Recep Kızılcık Trabzonun tarixi Ortahisar məhəlləsinin 140-dan çox binasının restavrasiyası ilə bağlı təqdimat etdi. Daha sonra Qurultay Türk böyük fikir adamlarından olan Xarəzmi, Fərabi, Biruni, İmam-i Buxari, Ebul Hasan Harakani, İbn Sina, Mahmud Kaşğarlı, Xoca Əhməd Yəsəvi, Mövlanə Cəlaləddin Rumi, Yusif Has Hacip, Şeyx Edebali, Yunis Əmrə, Hünkar Hacı Bektaşi Vəli, Hacı Bayrami Vəli, Akşəmsəddin, Somuncu Baba, Emir Sultan, Uluğ Bəy, Ali Kuşçu, Məhəmməd Füzuli, İsmayıl bəy Qaspıralı, Əlişir Nəvai, Ərzurumlu İbrahim Hakkı, Mehmet Akif Ərsoy və Osman Turan oturumlarında davam etdirildi. Oturumlarda çıxış edən memarlar və mühəndislər həyata keçirdikləri layihələrlə bağlı məruzə etdilər, bu layihələrin Türk Dünyası üçün əhəmiyyətindən danışdılar. Xoca Əhməd Yəsəvi oturumunda “Dildə, fikirdə, işdə birlik” mövzusunda çıxış edən Qazi Universitetininin kafedra müdiri, Prof.dr Əflatun Nemətzadə Türk Birliyinin reallaşması üçün həyata keçirilməsi gərəkən məsələlərə və qarşıya çıxan bəzi problemlərə də toxundu. Ə.Nemətzadə Türk xalqlarının bir-birinə daha da yaxınlaşması üçün vahid əlifbaya keçmənin zamanı olduğunu xüsusilə vurğuladı. Qeyd edək ki, 4 gün davam edən tədbirlər çərçivəsində Trabzon şəhərində Türk böyüklərindən olan Bilgə Kağanın xatirəsinə ucaldılmış abidənin təntənəli açılış törəni də keçirilmişdir.

ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15343.html