Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İraq türkmən yazarları ATXƏM-də olublar
22.11.12 10:38

Azərbaycanda səfərdə olan İraq-Türkman Ədəbiyyatçı və Yazarlar Birliyinin sədri Esat Erbil və Türkman Reform radiosunun rəhbəri Riyaz Dəmirçi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəziniin (ATXƏM) qonağı olublar. Görüşdə “Türkistan” qəzetinin baş redaktoru Aqil Camal və Şərq əlbəyaxa döyüş növləri üzrə Qrand master Süleyman Məmmədli də iştirak edib.
ATXƏM-in sədri İlham İsmayılov qonaqları salamlayaraq, təşkilatın fəaliyyəti və Türk Dünyasında həyata keçirdiyi layihələrlə bağlı geniş məlumat verib. İraq Türkmənlərinin bu günkü durumu ilə bağlı məlumat verən Esat Erbil İraq türkmənlərinin apardığı mücadilə və üzləşdikləri problemlərə də toxundu. E.Esat Azərbaycan və İraq Türkmənləri arasında ədəbi-mədəni əlaqlərin lazımı səviyyədə olmamasından narahat olduğunu, bu əlaqələrin daha geniş şəkildə qurulması üçün ortaq layihələrin həyata keçirilməsinin vacib olduğunu qeyd edib.
URL / WWW
http://atxem.az/news/a-15345.html