Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Türk Dünyasına ağır itki!
22.11.12 13:58

Noyabrın 22-də Türk Dünyası Araşdırmaları Vakfının qurucusu və rəhbəri, Türk Dünyasının böyük fikir adamı, ictimai xadim prof.dr.Turan Yazqan vəfat edib.1938-ci ildə Ispartada doğulan Turan Yazqan 1980-ci ildən Türk Dünyası Araşdırmaları Vakfının rəhbəri idi. Türkiyədə və bütün Türk dünyasında Atatürk litseylərinin fəaliyyət göstərməsi də məhz Turan Yazqanın adı ilə bağlıdır. Onun Türk dünyasında göstərdiyi xidmətlərə görə, bu il Düşünce Kuruluşları ve Yayınları Birliği tərəfindən “Türkiye ve Türk Dünyasına Hizmet Ödülü” verilmişdir. Qeyd edək ki, Turan Yazqan 2008-ci ildə Azərbaycanda səfərdə olarkən Azərbaycanlıların və digər Türkdilli xalqların Əməkdaşlıq Mərkəzini də ziyarət etmişdir.
Allah rəhmət eləsin! Türk dünyasının başı sağ olsun!
URL / WWW
http://atxem.az/news/a-15346.html