Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Türk dünyası xəbərləri » İstanbulda 2.Dünya Türk Forumu keçirildi
11.04.13 07:30



Aprelin 3-5-də İstanbul “Titanik Bussines Europa” otelinda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə “Türk diasporaları və Türk Dünyası Vizyon-2023” başlığı altında 2.Dünya Türk Forumu keçirildi.

Forum iki il əvvəl 1.Dünya Türk Forumunda yaradılan “Akil kişilər kurumu”nun toplantısı ilə başladı. Forumu giriş sözü ilə TASAM başkanı Süleyman Şensoy açaraq, “Akil kişilər kurumu”nun əvvəlki toplantılarının daha çox ideoloji çərçivədə keçirildiyini bildirdi. S.Şensoy bu Forumda kurumun yalnız ideoloji deyil, daha geniş fəaliyyət içərisində olduğuna diqqət çəkdi. {img1}{img2}Forumda çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı “Akil kişilər kurumu”nun adının ''Aksakallılar Keneşi'' olaraq dəyişdirilməsini təklif etdi. X.Akınçı yanvar ayında Türk Dünyasındakı diaspora təşkilatlarının Bakıda toplandığını qeyd edərək, bildirdi ki, bu toplantıdan sonra diaspora təşkilatları arasında təmas qrupu da yaradılmışdır. Ermənilərin 2015-ci ildə sözdə “erməni soyqırımı” çərçivəsində bütün dünyada təbliğat işini genişləndirəcəyinə diqqət çəkən X.Akınçı, bu təbliğata qarşı Türk Dünyasının elmi əsaslara söykənən çalışmalara önəm vermələrinin vacib olduğunu bildirdi. {img3}{img4}Forumda çıxış edən rəsmi qonaqlardan Qazaxstanın Ankaradakı səfiri Canseyit Tüymebayev, TÜRKSOY-un baş katibi prof.dr. Düsen Kasseinov, Eskişehir valisi dr.Kadir Koçdemir, Edirne valisi Hasan Duruer, Kosova Respublikası Kamu Yönətimi naziri Mahir Yağcılar Türk dünyasının gələcək stratejisinə yönəlik fikir və təkliflərini bildirdilər. Daha sonra Forum “Türk Dünyası və Türk Şurası 2023 Vizyonu”, “Türk Diasporaları 2023 Vizyonu”, “Müstəqilliyinin 30-cu ilində Türk dövlətləri Vizyonu”, “Yurtdışı türklər və Akraba Topluluklar başkanlığı Vizyon 2023”, “Türkiyə və müstəqil Türk Dövlətləri əlaqələrində əksikliklər və yeni arayışlar”, “Erməni diasporası – 2015 və Türk Diasporaları – 2023 Vizyonu” başlığı altında keçirilən oturumlarda davam etdirildi. Oturumlarda çıxış edən Qazaxstanın millət vəkili prof.dr. Garifolla Yessim, Azərbaycan Diasporla İş üzrə Diaspora Komitəsi sədr müavini Valeh Hacıyev, Türkiyənin millət vəkili Sinan Oğan, Türkiyənin keçmiş dövlət naziri Ahad Andican, Azərbaycanın millət vəkili Qənirə Paşayeva, TASAM başkan yardımçısı Murat Bilhan, Türkiyə millət vəkili prof.dr. İdris Bal, Kırğız-Manas Universitetindən prof.dr. Kadırali Konkobayev, Batı Trakya DEB Partiyası fəxri sədri Işık Sadık Ahmet, KKTC keçmiş baş naziri Hakkı Atun, Prof.dr. Xanım Xəlilova, Yrd. Doç. Kürşad Zorlu, 21. Yüzyıl Türkiyə İnstitunun rəhbəri, Prof. Ümit Özdağ, Beşir Ayvazoğlu, Prof. Haceli Necefoğlu, Prof. Saleh Sultansoy və digər önəmli qonaqlar Türk Dünyasının yaşadığı problemlər və 2023-cü ildəki durumları ilə bağlı öz dəyərli fikirlərini və təkliflərini verdilər. {img7}{img6}Azərbaycan millət vəkili Qənirə Paşayeva öz çıxışında Azərbaycanın işğal altında olan Şuşa şəhərini Türk 2015-ci ildə dünyasının paytaxtı elan olunmasını təklif etdi. Q.Paşayeva öz çıxışında XX əsrdə ermənilərin Azərbaycanda və Anadoluda törətdikləri qətliamlara diqqət çəkərək, birgə fəaliyyət göstərilməsi üçün Türk dünyasının görə biləcəyi işlərə də nəzər yetirdi.Türkiyənin millət vəkili Sinan Oğan öz çıxışında türk dövlətləri arasında uyğulanan viza məsələsinə diqqət çəkərək, bu problemin aradan qaldırılmasının olduqca vacib olduğunu bildirdi. Forumda Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin “Türk diasporaları və Türk dünyası vizyon-2023” oturumunda müzakirələrə qatılaraq, türk diasporalarının birlik və bərabərlik içərisində çalışmaları üçün təkliflərlə çıxış etmişdir. İ.İlkin öz çıxışında Azərbaycanın işğal olunmuş torpaqlarındakı durumla bağlı nüfuzlu beynəlxalq təşkilatların çıxardığı qərarları gündəmə gətirərək, bu qərarların yerinə yetirilməsi üçün birgə əməkdaşlığın formalarını və istiqamətlərini qeyd etmişdir. {img8}{img9}Forumun sonunda Qazaxstanın UNESCO-dakı daimi təmsilçisi, Türk Dünyasının böyük mütəfəkkiri Oljas Süleymenovla görüş keçirilmiş, O.Süleymenov sual-cavab əsasında Türk dünyasının gələcəyi ilə bağlı fikirlərini bildirmişdir.

ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15356.html