Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» ATXƏM-in sədri Mətbuat Şurası İdarə Heyətində təmsil olunacaq
17.07.13 07:12
İyulun 11-də Azərbaycan Mətbuat Şurasının VI qurultayı keçirildi.
Qurultayda MŞ İdarə Heyətinin 17 həqiqi və 5 ehtiyat üzvdən ibarət yeni tərkibi seçilib. MŞ İdarə Heyətinin həqiqi üzvlərin 8-i mətbu nəşrləri, 3-ü internet xəbər portallarını, 6-sı isə ictimaiyyəti nümayələrindən ibarət olub. Ehtiyat üzvlərdən 2-si mətbu nəşrlərdən, 1-i internet xəbər portallarından, 2-si isə ictimaiyyətdən olub. İdarə Heyətinin üzvlüyünə mətbu nəşrlərdən Mətbuat Şurasının sədri
Əflatun Amaşov, Vüqar Rəhimzadə, Ümid Mirzəyev, Rəşad Məcid, Bəxtiyar Sadıqov, Tapdıq Abbas, Aydın Quliyev, Rauf Arifoğlu
seçilib.
{img1}{img2}İctimaiyyəti təmsil edənlərdən KİVDF-nin icraçı direktoru
Vüqar Səfərli,
Milli Məclisdən
Aqil Abbas,
Jurnalistlərin Həmkarlar Təşkilatının sədri
Müşfiq Ələsgərli,
Millli Məclisdən
Cavanşir Feyziyev,
BDU-nun Jurnalistika fakültəsinin dekanı
Şamil Vəliyev,
Milli Məclisdən
Musa Qasımlı
və 2 nəfər ictimaiyyətdən ehtiyata üzv seçilib. Bunlar Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, “Birlik” jurnalının təsisçisi
İlham İsmayılov
və Beynəlxalq Jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru
Nəsir Əhmədovdur
. İnternet portallar - yeni mediadan isə
Vüsalə Mahirqızı, Rasim Əliquliyev
və
Azər Həsrət,
ehtiyat yerə isə
Sevda Həmidova
seçilib. Bundan əlavə, qurultay zamanı səs çoxluğu ilə Mətbuat Şurasının nizamnaməsinə də dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, qurum indiyədək təkcə qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı şikayətləri araşdırırdısa, bundan sonra internet media vasitələrinin fəaliyyətindəki narazılıq doğuran məqamları da ətraflı nəzərdən keçirəcək.
***
Qeyd edək ki, iyulun 18-də Azərbaycan Mətbuat Şurası İdəarə Heyətinin ilk iclası keçirilib. İclasda Mətbuat Şurasının gələcək fəaliyyətinin əsas istiqamətləri müzakirə olunub. Daha sonra İdarə Heyətinin tərkibində daimi fəaliyyət göstərən komissiyalar yaradılıb. ATXƏM-in sədri
İlham İsmayılov
beynəlxalq əlaqələr üzrə daimi komissiyaya üzv seçilməklə yanaşı, Mətbuat Şurasının şikayətlər və bölgə mətbuatının inkişafı komissiyalarında da təmsil olunacaqdır.
{img3}{img4}
ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15363.html