Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Məqalələr » HƏQİQƏT CARÇISINA DAYAQ OLAQ !
03.09.13 01:09



MOLDOVA OMBUDSMANINA TƏZYİQLƏR DAVAM EDİR. BU BARƏDƏ AÇIQLAMA VERƏN A.QRİQORİU BİLDİRİB Kİ, ERMƏNİLƏR BU DƏFƏ (ONU ASALA (ERMƏNİSTANIN AZADLIĞI UĞRUNDA GİZLİ ERMƏNİ ORDUSU) TERROR TƏŞKİLATININ YARAQLILARI İLƏ HƏDƏLƏYİBLƏR. BU TƏZYİQLƏRƏ ONUN SİNƏ GƏRMƏSİ ÜÇÜN AZƏRBAYCAN DİASPORUNUN KÖMƏYİNƏ CİDDİ EHTİYAC VAR).

Dünyada elə insanlar var ki,onların əməllərindən təkcə öz milləti və ya xalqı deyil, neçə-neçə başqa millət və xalqlar da faydalanır.Belə insanlardan biri də Moldova ombudsmanı Aurelia Qriqoriudur.
O,2013-cü ilin iyulun 4-də Ermənistan parlamentində keçirilən ümumavropa konfransında “Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması”adlı məruzə ilə çıxış edərkən deyib: “Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib…Xocalıda soyqırımı da ermənilər törədib və bu,beynəlxalq ictimayyətin tanıdığı faktdır”.(Bax:”Şərq” qəzeti,6 iyul 2013-cü il, ¹120,səh.4.). Mən siyasi prosesləri izləyən bir şəxs kimi son 20 ildə ilk dəfə olaraq 2013-cü ilin iyulun 4-də Ermənistan Parlamentində bir xristian mənşəli Moldova vətəndaşı, Moldovada və eləcə də digər ölkələrdə insan haqlarının qorunması üzrə məsul olan bir şəxsin-Moldova Ombudsmanı Aurelia Qriqoriunun səsləndirdiyi bu fikirləri eşidəndə bir daha əmin oldum ki,dünyada haqq-ədalət uğrunda vuruşan İNSAN-lar var və ona görə də o,heç vaxt ölmür,gec-tez haradasa üzə çıxır.Sadəcə bir az səbirli olmaq və haqq-ədalət uğrunda vuruşmaq,döyüşmək qüdrəti olan belə insanları axtarıb tapmaq,milliyyətindən,dinindən və irqindən asılı olmayaraq onların köməyinə arxalanaraq və onlarla birgə tarixi ədalətsizliklərə qarşı mübarizə aparmaq lazımdir.
Dünyada hər bir dövlətdə,hər bir millətin arasında kişi və ya qadın olmasından asılı olmayaraq həqiqət carçısi,etalonu olan belə insanlara əgər tarixi həqiqəti olduğu kimi çatdıra bilsək,onlar əllərinə fürsət düşən kimi heç kəsdən və heç nədən çəkinmədən və qorxmadan onu dilə gətirəcəklər. Məlum olduğu kimi, 2013-cü ilin iyulun 4-də Ermənistan respublikasının paytaxtı Yerevan şəhərində “Qanunun aliliyi və sərhədlər barədə Avropa standartları:Avropa Şurasının üzvü olan ölkələrdə hakimiyyət orqanlarının baxışları” mövzusunda konfrans keçirilirdi.Həmin konfransda Moldova ombudsmanı Aureliya Qriqoriu “Döndurulmuş münaqişələr ərazilərində insan hüquqlarına riayət edilməsi “ movzusunda məruzə ilə çıxiş etdi.Heç kəsin gözləmədiyi halda Yerevanda bir moldovan qadın ombudsman həqiqətin və ədalətin müdafiəsinə qalxaraq Ermənistanın törətdiyi zorakılıq və terror faktlarını onların üzünə beynəlxalq konfransda sadaladı və bəyan etdi ki,Xocalı soyqırımını ermənilər törədiblər və bu,beynəlxalq ictimaiyyət tərəfindən tanınmış faktdır.O,Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarında baş verən həqiqətlərin əsl mahiyyətini də konfrans iştirakçılarına anlatdı. O, öz çıxışında bir daha xatırlatdı ki,insan hüquqlarının müdafiəsinə dairAvropa standartları Avropa Birliyinin sənədlərində müvafiq hüquqi normalarda təsbit edilmişdir.Bu,həmin standartların istənilən şəraitdə reallaşdırılmasına təminat verir.Qriqoriya xanım bunu əsas götürərək dondurulmuş münaqişələr baş verən ərazilərdə insan hüquqlarının pozulmasını identifikasiya etməyə,yəni izah etməyə risk edib.Onun məqsədi ondan ibarət olub ki,gələcəkdə həmin zonalarda insan hüquqlarının bu cür pozulmasının qarşısı alınsın və həmin münaqişələrin yalnız dinc vasitələtlə tənzimlənməsi təmin edilsin.Aureliya xanım Azərbaycan,Gürcüstan və Moldova haqqında öz mərüzəsinin giriş hissəsində beynəlxalq sənədlərə,”Promo-Lex”assosiasiyasının nəşrlərinə,habelə Moldova Respublikası Prezidentinin rəhbərliyi ilə 2012-ci ildə keçirilmiş”Dövlət İdarəçilik Akademiyası”mövzusunda keçirilmiş beynəlxalq konfransın materiallarına istinad edib.Ermənistanın Azərbaycana qarşı yönəlmiş təcavüzkar siyasətinə toxunan Moldava ombudsmanı BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnamələrinin(¹ 822(1993),¹ 853(1993),¹ 874(1993) və ¹ 884 (1993), habelə,BMT Baş Məclisinin 62|243 ¹-li qərarının (mart 2008) məzmununa tamamilə uyğun şəkildə öz çıxışını qurub. Lakin ona öz çıxışını davam etdirməyə imkan verməyiblər,onun çıxışını yarımçıq kəsiblər.Bilavasitə Ermənistan parlamentinin binasında keçirilən həmin tədbirdə onun ünvanına “siyasi satqınlıq və Azərbaycan təbliğatının yayılması ilə məşğul olması barədə” yalançı ittihamlar səsləndirilib.Ermənistan parlamentinin vitse-spikeri Elmine Nağdanyan dünyanın 30-dan çox ölkəsini təmsil edən iştirakçıları konfransın yekun sənədində Moldova ombudsmanının şıxışını pisləməyə çağırıb,lakin bu təşəbbüs dəsdəklənməyib.Bundan əlavə,onu öz çıxışına görə “cəzalandırmaq” üçün tədbirlər görməyə başlayıblar.
Ermənistan parlamentində cəsarətli çıxışından sonra onu Ermənistandan buraxmırdılar,ölümlə hədələyərək təcrid vəziyyətində saxlayır,ondan rəsmi şəkildə üzr istəməsini tələb edirdilər.Mehmanxanada onun qaldığı nömrəyə zəng vurub ona qarşı fiziki zor tətbiq ediləcəyi ilə hədələyiblər.Onun Facebook səhifəsinə hədsiz-hesabsız hədə və təhqirlər daxil olub.Ermənistan KİV-ndə onun fotoşəklini və bütün hüquq müdafiəçilərinə münasibətdə zor tətbiq etmək barədə çağırışlarla dolu məqalələr dərc ediblər.Onun bu ölkədən getməsini çətinləşdiriblər.Bu dəhşətli anları xatırlayan Aureliya Qriqoriu xanım ürək ağrısı ilə qeyd edir:”...sürücü məni aeroporta aparmaqdan imtina edəndə isə Moldova Respublikası Konstitusiya Məhkəməsinin hakimi və bizim nünayəndə heyətinin üzvü cənab V.Pops məni həyatım üçün təhlükə vəziyyətində atıb getdi.Yalnız Rumıniya(Avropa İttifaqının üzvü kimi) və Gürcüstan diplomatlarının təkidi ilə mənim həmin ölkədən çıxmağım təmin edildi.”Avropa standartları” üzrə Yerevanda aldığım dərsi heç vaxt unutmaram”.(Bax,”Azərbaycan”qəzeti,27 avqust 2013-cü il,səh.3,¹ ).
Lakin Moldova ombudsmanı heç kəsdən üzr istəmədən məğrur şəkildə Ermənistanı tərk etdi. Xanım Aureliya Qriqoriu bir daha həmin hadisələri təhlil edərək deyir:”Mən çıxış edəndən dərhal sonar başa düşdüm ki,insan hüquqlarının və əsas azadlıqlarının mühüm komponentlərindən biri olan qanunun aliliyi prinsipi Ermənistanda tətbiq edilmir”.”(Bax ,Yenə orada,).Q,qeyd edib ki,Ermənistanda qanunun aliliyi barədə tez-tez danışırlar.Bununla belə,orada Avropa insan hüquqları konvensiyasının və Ermənistanın qoşulduğu digər beynəlxalq sazişlərin müddəaları mütamadi şəkildə pozulur.Ermənistan insan hüquqları haqqında konvensiyanın üzvü olmaqla ,insanın əsas hüquqlarına ciddi riayət edilməsi barədə öhdəliklər götürmüşdür.Moldova ombudsmanı ilə bağlı hadisədə Ermənistan həmin konvensiyanın aşağıdakı maddələrini pozmüşdur:
Maddə 1-insan hüquqlarına riayət etmək öhdəliyi.
Maddə 10 – Öz fikrini ifadə etmək azadlığı.
Maddə 14- Ayrı-seçkiliyin qadağan edilməsi.
Bundan əlavə Ermənistan insan hüquqlarının və asas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına 4¹-li protokolun 2-ci maddəsi-Hərəkət azadlığı bəndinin tələblərini də pozmuşdur.
Təsəvvür etmək çətin deyildir ki,o,məlum çıxışını etdikdən sonra qısa müddətdə qonaq kimi dəvət olunduğu ölkədən-Ermənistandan Gürcüstan və Rumıniyanın Ermənistandakı səfirliklərinin köməyi ilə Yerevan aeroportuna gəlincə və Moskvaya uçunca hansı mənəvi sarsıntilar və həyacan keçirib və nə qədər təzyiqlərlə üzləşib.Haqq sözü dilə gətirdiyinə görə mənəvi terrorla üzləşən bu qadına hansı miqdarda və kim tərəfindən kompensasiya ödəniləcək.Dünyada özünü demokratik ölkə kimi qələmə verməyə çalışan Ermənistanda “ombudsmanın çıxışını yarımçıq kəsib,ondan öz çıxışına görə üzr istəməsini tələb etmək”, buna nail olmadıqda hakimiyyət orqanları tərəfindən “köməksiz xanımın aeroporta qədər təhlükəsiz şəkildə yola salınmaması” və “onun təhlükəsizliyinə heç bir qarant verilməməsi barə xəbərdarlıq edilməsinə görə”,”ombudsmanın “Facebook”ünvanına hədələr gəlməsinə”,”hoteldə qaldığı nömrəyə zəng edib onu saçlarından tutub sürüyəcəklərini və onunla haqq –hesab çəkəcəklərini deməyə görə”, “ailəsinin ünvanına belə hədələr göndərilməsinə görə” və başqa hərəkətlərə görə kimlər dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar qarşısında nə vaxt və necə cavab verəcəklər.Bu hadisəyə layiqincə qiymət verilsə,dünyada özünü “əzabkeş” və “demokratik ölkə” kimi qələmə verən,lakin işğalçı, təcavüzkar və antidemokratik bir dövlət olan Ermənistan Respublikasının əsl mahiyyətini üzə çıxarmağa və onu olduğu kimi tanımağa kifayər edər.
Moldova ombudsmanı deyib:”Mən Moldovaya qayıdandan sonra da ünvanıma yeni hədələr daxil olmaqda davam edir.O cümlədən, müasir demokratiyanın beşiyi sayılan ölkənin-ABŞ-ın vətəndaşları olan ermənilərdən. Erməni diasporu mənim tutduğum vəzifədən istefa verməyimə nail olmağa cəhd göstərmişdir.Onlar Moldova parlamentinin insan hüquqları və etika üzrə daimi komissiyasının baxması üçün müvafiq iddialar təqdim etmişdir”.(Bax,Yenə orada,səh.3). Bütün bu yuxarıda qeyd olunanlar işğalçı bir dövlətin-Ermənistanın və erməni diasporunun əsl mahiyyətini sübut edən və gözlənilən hərəkətlər idi və heç kəsi təccübləndirmir.
Ancaq məni başqa bir məsələ çox təəccübləndirir və narahat edir: həmişə Azərbaycana gələrkən Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə etdiyini bəyan edən Moldova rəsmiləri nə səbəbə görə həmin fikirləri Ermənistan parlamentində səsləndirən öz vətəndaşını və ombudsmanını müdafiə etmir,əksinə bəyan edirlər ki,orada səsləndirilən fikirlər Moldova dövlətinin rəsmi mövqeyi deyil,ombudsmanın şəxsi mövqeyidir. Moldova parlamentinin spikeri İqor Korman demişdir:”Qriqoriu ölkənin imicinə ziyan vurmuşdur”.
Parlament komissiyasının sədri Mizin isə belə demişdir: ”Qriqoriunun şikayəti peşəkar səviyyədə tərtib edilməmişdir və bizim ölkənin mövqeyini əks etdirmir”. Bu kimi fikirlərə münasibət bildirən A.Qriqoriu deyir:”Sual edilir,BMT Təhlükəsizlik Şurasının və BMT Baş Məclisinin qətnamələrini imzalamış ölkənin parlamentinin spikerinə və parlamentin insan hüquqları və etika komissiyasının sədrinə bu cür sözlər yaraşarmı? Axı,həmin qətnamələrdə Ermənistanın təcavüzkar siyasəti pislənilir və Azərbaycanın ərazi bütövlüyü tanınır”.(Bax,yenə orada,səh 3).
A.Qriqoriu həmçinin onu da qeyd edib ki,Moldova KİV-lərinin əksəriyyəti vəziyyəti realistcəsinə qiymətləndirmədən və onun Yerevandakı nitqinin əsasını təşkil etmiş beynəlxalq sənədləri öyrənmədən,erməni mətbuatında dərc edilənlərin təsirinə düşmüşlər. O deyib,”Mənim mənəvi simamı şübhə altına alan Moldova mətbuatı özü hadisələrin tarazlaşdırılmış şəkildə işıqlandırılması prinsiplərinə riayət etmir.Ünvanıma səslənən təhqirlər mənim imicimə ziyan vurur və ləyaqətimi alçaldır”. Moldova ombudsmanı öz ölkəsinin hakimiyyət orqanlarının fəaliyyətindən də narazılıq edib.Odeyib,Çox təəssüflənirəm ki,mənim hökümətim məni bu cür hücumlardan müdafıə etmədi.Moldova Konstitutisiyasına görə öz vətəndaşlarının hüquqlarını müdafiə etmək üçün cavabdeh olan dövlət strukturlarıöz vətəndaşlarının hüquqlarınınErmənistan tərəfindən pozulmasına müqavimət göstərmirlər.Mənə münasibətdəəsas insan hüquqlarınınpozulmasına beynəlxalq səviyyədə,Moldova ilə Ermənistan arasında münasibətlər səviyyəsində də bilərəkdən susurlar.Onlar başa düşməlidirlər ki,bu addımı ilə Moldova ombudsmanı təkcə özünün deyil, bütün Moldova dövlətinin və xalqının sülhsevər və ədaləti müdafiyə edən bir xalq və dövlət kimi imicini dünyada qaldırdı.Hansı insanlar belə hesab edirsə ki,Moldava ombudsmanı diplomatic normaları pozub,Ermənistan-Moldova münasibətlərinə zərər gətirib,Moldovanın imicinə zərbə vurub,həmin insanların ümumiyyətlə,siyasət, demokratiya və insan haqları, beynəlxalq münasibətlər haqqında,mənəvi-əxlaq normaları haqqında və bir çox digər ümumbəşəri dəyərlər haqqında elementar təsəvvürləri belə yoxdur.Ona görə ki,belə fikirləri söyləyənlər quru siyasi və diplomatik terminlərlə əsl həqiqəti danır,onun üstünü pərdələyir və dolayısı ilə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalını,bir milyondan artıq insanlarln hüquqlarının pozulduğunu ,Xocalı soyqırımını və digər hadisələrin və faciələrin törədildiyini etiraf və təsdiq etmək istəmir,bununla da təcavüzkarın əməllərinə qarşı laqeyd qalırlar ki, bu da həmin şəxslər tərəfindən Azərbaycan Respublikasına qarşı dostluq münasibətləri bəsləndiyini şübhə altına almış olur.Bəşəriyyətin bəlaları belə insanlar iş başına keçən zamanlarda baş verir.O ki qaldı Aureliya Qriqoriuyə, fiziki baxımdan da olduqca gözəl və cazibədar olan bu xanıma Allah çox böyük cəsarət və ədalət hissi,tükənməz mənəvi aləm,təmiz əxlaq,ruh və digər bir çox başqa ümumbəşəri dəyərlərlərə hakim olan bir ürək verib.Allah onu,onun övladlarını,yaxın və doğma qohum əqrabalarını,bütün dost və qardaş Moldova xalqını xöşbəxt eləsin. Bildiyimiz kimi,2013- cü ilin iyulun 7-dən bu günədək Moldova Respublikasının paytaxtı Kişinyov şəhərinə qayıdaraq orada yaşayan Moldova ombudsmanı Aureliya Qriqoriuya qarşı təzyiqlər davam edir.Onun çıxışından dərhal sonra Moldovada və başqa yerlərdə yaşayan ermənilər dərhal hücuma keçdilər.Moldovada onun ailəsi və özü iləilə bağlı düzgün olmayan məlumatlar yayılmaqdadır.Yayılan digər məlumatlara görə Moldovanın baş prokuroru ərazi prokuroruna 2013-cü ilin avqustun 15-nədək xanım A.Qriqoriuya edilən təhdidləri araşdırıb tədbir görülməsi barədə tapşırıq verib.Lakin Moldava Baş prokurorunun ona olan təhdidlərlə bağlı məsələni araşdırmağa dair göstəriş verməsinə baxmayaraq, hələ bu günədək bu insidentlə bağlı cinayət işinin başlanması barədə qərar qəbul olunmayıb.Ona görə də Aureliya Qriqoriu dövlətdən heç bir dəstək görmədiyini və dövlət tərəfindən onun təhlükəsizliyinin təmin edilməsi üçün formal əsasların olmadığını soyləyib.O deyib: “Baş prokuror Kişinyov bələdiyyə prokuroruna Rışkan komissarlığın müfəttişi Mixail Vasluyanın mənə və anama qarşı etdiyi hərəkətləri ilə bağlı verdiyim şikayətimi araşdırmağı tapşırıb.Prokurorluqdan yekun qərar olmasa da,məndə olan məlumata görə,Daxili İşlər Nazirliyi və bələdiyyə prokurorluğu tərəfindən yoxlamalar keçirilib və həmin müfəttiş artıq anamı narahat etmir”. (Bax: “525-ci qəzet”, 23 avqust 2013-cü il,¹152,səh.1).
Moldava ombudsmanı Aureli Qriqoriu həmçinin özünün çox kritik durumda olmasına və təhlükəsizliyi ilə bağlı həyacan keçirərək öz dövlətinə güvənməsinə baxmayaraq,digər dövlət orqanlarının da onu lazımınca müdafiə etmədiyini bildirib. O deyib:”Dövlətdən heç bir dəstək almıram.Mənə qarşı informasiya müharibəsi aparılır,sanki məndən xalq düşməni obrazı yaratmaq istəyirlər.Məni Ermənistanda tək qoyan şəxs qəhrəman,mən isə xalq düşməni oldum”.(bax. Yenə orada,). Vəziyyətin belə davam edəcəyi halda ölkəni tərk etmək,ya da yaşayış yerinin dəyişdirilməsinin mümkünlüyü barədə danışan Moldova ombudsmanı artıq bu barədə fikirləşdiyini bildirib.O,öz sosial şəbəkədəki səhifəsində ona hədə-qorxu gələn ermənilərə müraciət edərək yazıb:”Cənab ermənilər! Mənə olan nifrətiniz sizə Moldova xalqını təhqir etmək hüququ vermir.Təhqirləri dayandırmağınızı tələb edirəm.Əks təqdirdə mən bunu ictimai müzakirəyə çıxaracağam”.(Bax,”Şərq”qəzeti,16 avqust 2013-cü il.). Ombudsman əlavə edib ki,təhdidlərdən əlavə onu və vəkilini izləməyə başlayıblar.O deyib: “EDİTURA STATİSTİKA adlı dövlət qurumu mənim özəl vəkil büroma qarşı qanunsuz təzyiq kampaniyasına başlayıb,mənim ombudsman olduğum dövr ərzində həmin müəssisənin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.Həmin qurumun rəhbəri olan dövlət məmuru atdıqları addımların mənim İrəvanda səsləndirdiyim fikirlə bağlı olduğunu gizlətmir.Həmin şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı yazdığım müraciətlərə isə baxılmayıb.Bütün bu faktlar dövlət qurumlarının hüquqlarımı bərpa etmək niyyətində olmadığını göstərir”(Bax: “525-ci qəzet”, 23 avqust 2013-cü il, ¹152,səh.1).
Aureli Qriqorinin sözlərinə görə payızda onun ombudsman mandatı bitir.Bir çox QHT-lər ona dəstək verir və onun namizədliyinin yenidən irəli sürülməsinə çalışırlar.2013-cü ilin sentyabrında Moldovada parlament vəkilləri ilə bağlı qanuna dəyişikliklərin qəbul edilməsi gözlənilir.Dəyişikliklə deputatlar yalnız bir parlament vəkilini saxlamaq istəyirlər və təbiidir ki,parlamentdə hazırda mandatı 2015-ci ildə bitəcək vəkil-ombudsman qalacaq.Ondan sonra yeni seçkilər keçiriləcək.Payizda keçiriləcək seçkilər ərəfəsində və ondan sonra da ciddi təzyiqlərlə üzləşən bu xanım ombudsman öz ölkəsindən əlavə,bütün dünyada,xüsusilə, insan huquqlarının pozulduğu digər ölkələr üçün də çox lazımlı bir insan və hüquq müdafiəçisidir.Ədalətli və cəsarətli mövqeyinə görə Azərbaycan diasporu Aureli Qriqoriuya ciddi arxa durmalı,ona kömək etməli,lazım gələrsə, o,Azərbaycan Respublikasının və bir çox başqa dost dövlətlərin dövlət mükafatlarına,orden və medallarına layiq görülməli,hətta Nobel sülh mükafatına namizəd kimi irəli sürülməlidir.
Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov bildirib ki,Azərbaycan tərəfi yaranmış vəziyyəti ciddi müşahidə edir və Aureliya Qriqoriuya qarşı represiyalara yol verilməməsinə çalışır.Bu hadisədən dərhal sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman)Elmira Süleymanova Moldova ombudsmanı Aureliya Qriqoriunun hüquqlarının pozulması ilə bağlı bəyanat verib.Bəyanatda qeyd olunurdu ki,insan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsin, xüsusilə də xarici ölkə vətəndaşının və xarici ölkənin rəsmi nümayəndəsinin sivil ölkələrdə azad fikir meydanı kimi qəbul edilən parlamentdə dünya birliyi,beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş tarixi faktları və həqiqətləri söylədiyinə görə Ermənistanda təzyiqlərə məruz qalması və hüquqlarının məhdudlaşdırılması bu ölkənin hüququ,demokratik dövlər olmadığını bir daha sübut etdi.Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyəti qurumun payız sessiyasında Moldova ombudsmanı Aureliya Qriqoriunun Ermənistan dövləti,erməni lobbisi və ASALA erməni terror təşkilatı tərəfindən təzyiqlərə məruz qalması,hədələnməsi ilə bağlı məsələ qaldıracaq.Ona görə ki,ATƏTƏ üzv olan bir ölkə(Ermənistan)digər üzv ölkənin (Moldova)insan hüquqları müvəkkilini ölümlə hədələyir.Əslində sessiya çərçivəsində bu məsələni Azərbaycanla bərabər Moldova və digər üzv dövlətlər də qaldırmalı və Aureliya Qriqoriunu müdafiə etməlidir.
Bir qrup azərbaycanlı “facebook”-da “Aureliya Qriqoriuya dəstək !“ səhifəsi açıb.Azərbaycanda və xaricdə fəaliyyət göstərən bir çox qeyri - hökümət təşkilatları da onun müdafiəsinə qalxmışdır.Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi(Azərbaycan),Beynəlxalq Diaspora Mərkəzi (Azərbaycan),Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (Qırgızıstan),Dünya Azərbaycanliları Konqresinin Azərbaycan,Rusiya,Ukrayna, İsveç,Almaniya,ABŞ və sair ölkələr üzrə nümayəndəlikləri,və bir çox digər təşkilatlar Aureliya Qriqoriu xanımla gündəlik əlaqə saxlayaraq onunla fikir mübadiləsi aparır,yarana biləcək və üzləşdiyi problemləri götür-qoy edirlər.
2013-cü il avqustun 25-də Ukraynanın paytaxtı Kiyevdə Moldova Ambudsmanı Aureliya Qriqoriuya insan hüquqlarının müdafiəsi sahəsində göstərdiyi rəşadətə görə Müqəddəs Vladimir Pravoslav ordeni ilə təltif olunub.O.həmçinin də Qırğızıstan Respublikasında fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun ali mükafatı olan”Heydər Əliyev”qızıl medalına layiq görülmüşdür. A.Qriqoriu Azərbaycan xalqına ona verdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.O,həmçinin bəzi təşkilatlar tərəfindən ona Azərbaycanda siyasi sığınacaq verilməsi təklifinə də münasibət bildirərək deyib:”Mən çox ümid edirəm ki,mənim Azərbaycana köçməyimə ehtiyac qalmayacaq.Lakin polis,yerli idarəetmə orqanları və dövlət qurumları tərəfindən qeyri adekvat hərəkətlər məni bu sual barədə düşünməyə vadar edir.Üstəlik müəyyən orqanlar tərəfindən mənə qarşı kompromat axtarmağa başlayıblar.Sual yaranır:bu,kimə və nə üçün lazımdır? Ona görə,son qərar hələlik qəbul etməmişəm.Amma təzyiqlər və mənə qarşı qanundan kənar hərəkətlər davam edərsə,Azərbaycan hökümətinə müvafiq müraciət edəcəyimi istisna etmirəm”.(Bax.Yenə orada,səh.1). Moldova ombudsmanı Aureliya Qriqoriu Almaniyanın “Tabula Rasa” nəşrində jurnalist Ştefan Qrossa verdiyi müsahibəsində büynəlxalq təşkilatları ,o cümlədən Avropa İttifaqını,Avropa Şurasını,ATƏT-i,üzv ölkələri bu məsələlərə biganə qalmamağa çağırıb.O,Ermənistan Respublkasının və öz ölkəsi Moldova Respublikasının Avropa İttifaqı ilə assosiativ müqavilə bağlamağa hələlik hazır olmadığını bildirib.O qeyd edib ki,mən Ermənistanda olmağımı,öz təcrübəmi əsas götürərək deyə bilərəm ki,bu ölkədə qanunun aliliyi prinsipi kimi Avropa dəyərlərinin tətbiq edilməsi barədə danışmaq düzgün olmazdı.Ermənistanda istər ölkə daxilində,istərsə də onun hüdüdlarından kənarda birinci yeri milli maraqlar tutur.”hüquqi dövlət və insan hüquqları barədə bütün söz-söhbətlərə baxmayaraq,Ermənistan əyani şəkildə göstərmişdir ki,orada insan hüquqlarına hörmət edilmir.Bundan əlavə,hökumət orqanlarının bu sahədə vəziyyəti yaxşılaşdırmaq arzusu yoxdur və yaxın gələcəkdə çətin ki,nə isə dəyişəcəkdir.Əks halda,Ermənistan hökumətinin bir qadın və əcnəbi dövlətin insan hüquqları üzrə müvəkkili kimi mənə qarşı etdiyi hərəkətlərə nə ad vermək olar?(Bax,Azərbaycan qəzeti,27 avqust 2013-cü il. Səh.3).O daha sonra qeyd etmişdir ki,Yerevan parlamentindəki nitqindən sonra Ermənistan tərəfindən təqib olunmağa başlamış,bununla da Ermənistan insan hüquqlarının əsas prinsiplərini bilərəkdən pozmuşdur.O demişdir: “Nə qədər ki,Ermənistan insanların öz fikrini sərbəst ifadə etməsinə hədə və fiziki zorakılıqla cavab verir,bu ölkənin Avropa İttifaqı ilə assosiativ sazişə hazır olub-olmaması barədə fikirləşməyə dəyər”.(Bax Yenə orada,səh.3).Aureliya xanım guman edir ki,Avropa Şurası da bu məsələdən sonra özü üçün müəyyən nəticələr çıxaracaqdır.Avropa dəyərlərinin tətbiqinin imitasiyası və onların gündəlik həyatda real tətbiq edilməsi arasında fərq qoyulmalıdır. ”Çox təəssüflə deməliyəm ki,Ermənistanın siyasi rəhbərliyi Avropa dəyərlərini gündəlik həyatda tətbiq etməkdən hələ çox uzaqdır”-deyə o, bildirib (Bax,yenə orada,səh.3).
Beləliklə,əsas məqsədi “dondurulmuş”münaqişələr sahəsində,xüsusən,Avropa ailəsinə üzv olmaq məqsədlərini bəyan etmiş dövlətlərdə insan hüquqlarının pozulmasına beynəlxalq birliyin diqqətini cəlb etmək olan A.Qriqoriunun özünün hüquqları pozulmuşdur və onun həyatı təhlükədədir.Onun nitqini münaqişələrin dinc yolla tənzimlənməsinə çağırış kimi başa düşmək lazımdır.Onun çıxışı həmçinin də Avropa dəyərlərinin reallaşmasına çağırışdır.Bütün bünları nəzərə alaraq, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlıların,türklərin və digər dost ölkələrin diaspor təşkilatlardan bu məsələ ilə əlaqədar beynəlxalq təşkilatlara ardıcıl şəkildə müraciətlər ünvanlanmalı,bütün dünyanın diqqəti Aureli Qriqoriu məsələsinə yönəldilməlidir.Mən bütün dünya azərbaycanlilarını,Azərbaycan və türk təşkilatlarını,dünyanın bütün sülhsevər və tərəqqipərvər insanlarını Moldova ombudsmanı Aureliya Qriqoriunun müdafiəsinə qalxmağa,mümkün vasitələrlə onun təqib olunmasına imkan verməməyə,onun namizədliyini Nobel sülh mükafatına,digər beynəlxalq mükafatların verilməsi üçün irəli sürməyə,ona dünyanın sülh carçısi kimi bir çox dövlətlərin orden və medallarını vermək üçün təbliğat aparmağa çağırıram.

Hörmətlə, Qafar Məmməd oğlu Əliyev
-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin
Xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri,
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
URL / WWW
http://atxem.az/news/a-15372.html