Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » ATXƏM Prezident seçkiləri təbliğat kampaniyasında fəal iştitrak edir
02.10.13 16:54



Oktyabrın 9-da Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Bu məqsədlə sentyabrın 17-dən Azərbaycan prezidentliyinə namizəd İlham Əliyevin seçki təbliğat kampaniyasına qatılmaq üçün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov da Salyan rayonu ərazisində aktiv seçki təbliğatına qoşulmuşdur.
Salyan rayonunda YAP-ın namizədi İlham Əliyevin seçki qərəgahının üzvləri rayonun Kürqaraqaşlı, Çuxanlı, Seyidsadıqlı, Varlı, Qarabağlı, Yenikənd, Qızılağac və digər kəndlərində seçicilərlə kütləviliyi ilə seçilən görüşlər keçirmişlər. Kənd və qəsəbələrdə keçirilən görüşlərdə YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov, Milli Məclisin deputatı Əliağa Hüseynov, Azərbaycan Dövlət Pedoqoji Unveristetinin prorektoru Vilayət Əliyev, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov seçicilər qarşısında çıxış edərək, seçiciləri dövlətimizi dünyada lider ölkəyə çevirən İlham Əliyevi dəstəkləməyə çağırmışlar. YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov prezidentliyə namizəd İlham Əliyevin üstün cəhətləri üzərində dayanaraq seçiciləri oktyabrın 9-da fəallıq göstərməyə səsləyib. Tədbirdə çıxış edən millət vəkili Əliağa Hüseynov, YAP Siyasi Şurasının üzvü Vilayət Əliyev və ATXƏM-in sədri İlham İsmayılov seçiciləri seçki günü fəallıq göstərməyə və səslərini İlham Əliyevə verməyə çağırıblar.

Salyan rayonu, Qaraçala qəsəbəsində seçicilərlə möhtəşəm görüş

{img1}{img2}Prezident seçkilərinin təbliğat-təşviqat mərhələsi çərçivəsində sentyabrın 4-də Salyan rayonu Qaraçala qəsəbəsində seçicilərlə görüş keçirilib. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi və Yeni Azərbaycan Partiyasının birlikdə təşkil etdikləri görüşdə hakim partiyanın prezidentliyə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndələri və Salyan rayon seçiciləri iştirak ediblər. Görüşdə salyanlılara İlham Əliyevin platforması, onun respublikaya rəhbərlik etdiyi on il ərzində gördüyü işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib. Görüşdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov bildirib ki, Salyan seçicilərinin seçimi artıq məlumdur. Onlar ölkəmizin parlaq gələcəyinə, uğurlara, inkişafa, Ulu öndər Heydər Əliyev siyasətinə, Prezident İlham Əliyevə səs verəcəklər: “Salyan rayonunun sakinləri hər zaman dövlətçiliyin keşiyində duran insanlardır. Bu gün Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutan, dövlətimizin bayrağının ucalıqlara yüksəlməsində böyük xidməti olan Prezident İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra Salyan rayonunun həyatında yeni mərhələ başlayıb. Rayonumuzda genişmiqyaslı quruculuq işləri davam etdirilir. Son 10 ildə Salyanda sənaye müəssisələri fəaliyyətə başlayıb, rayona yeni yollar çəkilir, yeni məktəblər, tibb mərkəzləri, şəhid ailələri üçün yaşayış binaları istifadəyə verilir. Görülən işlər rayon sakinlərinin rifahının yüksəlməsinə, sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına xidmət edir. Mən əminəm ki, Salyan seçiciləri bu fəaliyyətin gələcək 5 ildə də davam etməsi üçün Prezident İlham Əliyevə səs verəcəklər”. {img3}{img4}Çıxış edən YAP Siyasi Şurasının üzvü, Azərbaycan Dövlət Pedoqoji Universtetinin prorektoru Vilayət Əliyev qeyd edib ki, bu gün ölkəmizin hər bir rayonunda, hər bir şəhərində dövlət başçısı İlham Əliyevin fəaliyyəti seçicilər tərəfindən qiymətləndirilir, dəstəklənir. Eyni zamanda, Prezidentimiz dünya dövlətlərinin rəhbərləri tərəfindən hörmətlə, rəğbətlə qarşılanır. O deyib ki, ölkəmizə belə bir şəxsiyyətin rəhbərlik etməsi hər bir azərbaycanlı üçün qürur qaynağıdır: “9 oktyabr Azərbaycan xalqının tarixində çox mühüm hadisədir. Müasir dünyada prezident seçimi xalqın özünün taleyini, gələcəyini seçmək günüdür. Bu baxımdan Azərbaycan xalqı seçki prosesində vətəndaş fəallığı göstərməlidir. Bugünkü izdiham, seçicilərin fəallığı bir daha təsdiq edir ki, xalq artıq öz seçimini müəyyənləşdirib və oktyabrın 9-da bu seçimini rəsmiləşdirəcək”. Tədbirdə çıxış edən təbliğat-təşviqat qrupunun üzvü, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov deyib ki, Prezident İlham Əliyevin təbliğata ehtiyacı yoxdur, dövlət başçısının 10 illik fəaliyyəti Onun ən böyük təbliğatçısıdır: “10 il ərzində görülən işlər, tikilən məktəblər, xəstəxanalar, müasir tipli binalar, körpülər, olimpiya kompleksləri, yeni açılan iş yerləri, sənaye obyektləri, xalqın gündən-günə yaxşılaşan güzəranı, bir sözlə, inkişaf edən Azərbaycan Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsidir. Mən inanıram ki, bütün seçicilərimiz 9 oktyabrda fəallıq göstərəcəklər, yenidən Ulu öndər Heydər Əliyev siyasətinin davamına, cənab İlham Əliyevə səs verəcəklər”. {img5}{img6}ATXƏM sədri bildirib ki, dünyada baş verən qlobal bahalaşmadan uğurla çıxan Azərbaycan göstərdi ki, bu problemlərdən özünü sığortalayıb. Ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf edir. Regionların inkişafı üçün gözəl, əlverişli mühit yaranıb: “Təbii ki, bütün bunların hamısı əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun nailiyyətləridir. Mən əminəm ki, 9 oktyabrda Azərbaycan xalqı bu nailiyyətlərin davamına, xoşbəxt gələcəyə-İlham Əliyevə səs verəcəklər”. Tədbirdə o da vurğulanıb ki, 2003-cü ildən etibarən Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. {img7}{img8}Tədbirdə kənd sakinləri adından çıxış edən kənd ağsaqqalı Mirabutalıb Əsgərov, şəhid atası Sədi Məmmədov qeyd ediblər ki, bu gün hər bir salyanlı ölkəmizdə gedən inkişaf prosesini qiymətləndirir. Vurğulanıb ki, Prezident İlham Əliyevin səyi nəticəsində bu gün Salyan rayonunda bütün sahələr kimi kənd təsərrüfatı da yüksək səviyyədə yeni inkişafa qədəm qoyub. Kənd sakinləri əminliklə bildiriblər ki, hər zaman dövlətçiliyə sadiqlikləri ilə seçilən Salyan sakinləri 9 oktyabrda ölkəmizi işıqlı gələcəyə aparacaq liderə-Prezident İlham Əliyevə səs verəcəklər. Daha sonra tədbir incəsənət ustalarının iştirakı ilə baş tutan konsert proqramı ilə davam etdirilib. Xalq artisti Ağadadaş Ağayev, Əməkdar artist Elza Seyidcahan, mahir qarmon ustası Aslan İlyasov və gənc müğənnilər seçiciləri Prezident İlham Əliyevə səs verməyə çağırıblar.

{img9}{img19}


{img11}{img12}


{img13}{img14}


{img15}{img16}


{img18}{img10}


{img20}
URL / WWW
http://atxem.az/news/a-15374.html