Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» ATXƏM Moldova Ombudsmanı Aureliya Qriqoriu ilə QHT və Media nümayədələrini görüşdürdü
03.11.13 08:15
Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Moldova Ombudsmanı Aureliya Qriqoriuya məktubla müraciət edərək, Ombudsmanın Xocalı soyqırımı və Dağlıq Qarabağ problemi ilə bağlı tutduğu ədalətli mövqeyinə görə təşəkkür etmiş, xanım A.Qriqoriuya əməkdaşlıq təklif etmişdir.
Moldova Ombudsmanı xanım Aureliya Qriqoriu ATXƏM-in təklifini qəbul edərək, təşkilatla hərtərəfli əməkdaşlığa hazır olduğunu bildirmişdir. Əməkdaşlıqla bağlı razılığa əsasən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi noyabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində Moldova Respublikasının Ombudsmanı xanım Aureliya Qriqoriu ilə QHT-lərin, Mətbuat nümayəndələrinin və ziyalıların görüşünü təşkil etmişdir. Qeyd edək ki, görüş-tədbir Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumu tərəfindən dəstəklənirdi.
Tədbiri giriş sözü ilə açan ATXƏM-in sədri İlham İsmayılov bildirdi ki, Ermənistanda keçirilən Ümumavropa konfransı zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və Xocalı soyqırımını ermənilərin törətməsi barədə Moldova Ombudsmanının çıxışı xanım Aureliya Qriqoriunun insan hüquqlarına nə qədər hörmətlə yanaşdığını və Ombudsman İnstitunun əsas prinsiplərini siyasi maraqlardan üstün tutduğunuzu təsdiqləmiş oldu: “Təəssüflər olsun ki, ermənilərin Xocalıda törətdikləri soyqırım aktından 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu qətliamlara dünyanın insan hüquqları ilə məşğul olan təşkilatları, bu hadisələrə fəaliyyət göstərdikləri ölkələrin siyasi maraqları çərçivəsində və ya erməni lobbisinin təsirləri altında münasibət bildiriblər. Bu yanaşma isə özlüyündə insan hüquqları təşkilatlarına inamsızlıq mühiti yaratmaqla, İnsan hüquqları üzrə müvəkkillərin iş prinsipinə də təsir göstərmişdir”.
{img1}{img2}ATXƏM-in sədri qeyd edib ki, Moldova Ombudsmanının Azərbaycanın işğal altında olan torpaqları və Xocalı soyqırımı ilə bağlı səsləndirdyi açıq fikirləri dünyada xiristian amilindən yararlanmağa cəhd edən Ermənistan və erməni lobbisinə qarşı olan loyal münasibəti və “toxunulmazlıq” statusunu da zəiflədib.
Ilham İsmayılov
qeyd edib ki, Dağlıq Qarabağ problemini keçmiş postsovet məkanı ölkələri daha yaxşı qavraya bilir və nəticələrinin region üçün nə qədər ağır nəticələr verdiyini dəqiqliklə hesablaya bilirlər. “Biz keçmiş postsovet məkanında olan münaqişə bölgələrinə nəzər salsaq görərik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Gürcüstanın Abxaziya və Osetiya bölgəsi, eləcə də Moldovanın Dnestryanı bölgəsi eyni münaqişə mərkəzlərindən yaradılan və idarə olunan konflikt bölgələridir. Bütün bu bölgələrin bizə verdiyi “töhvə” yalnız xalqlarımızın əziyyət çəkməsi və ölkələrimizin azad bir şəkildə inkişafına mane olan əsas məsələdir. Hesab edirəm ki, biz ölkələrimizin ərazi bütövlüyünün təmin olunmasına və insan haqlarının tam şəkildə bərqərar olunması, demokratik mühütün yaradılması üçün sağlam bir şəkildə əməkdaşlığımızı genişləndirməliyik. Bu əməkdaşlıq yalnız Azərbaycan xalqının deyil, düşünürəm ki, bütün dünya xalqlarının insan hüquqlarının qorunmasına xidmət etməlidir”.
{img3}{img4}Tədbirdə çıxış edən Ombudsman
Elmira Süleymanova
bildirib ki, Azərbaycanın ən ağrılı problemi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir. E.Süleymanova qeyd edib ki, Ermənistanın beynəlxalq təşkilatların qətnamələrinə riayət etməməsinə görə, bu münaqişə hələ də həllini tapmayıb. Lakin E.Süleymanova bu məsələdə Azərbaycanı dəstəkləyənlərin sayının artdığını deyib: "Get-gedə dünyada bizi başa düşənlərin, dəstəkləyənlərin sayı artmaqdadır. Bizi dəstəkləyənlər sırasında ombudsmanlar olub. Onlardan biri də məhz Aureliya xanım oldu ki, Ermənistan parlamentində bu məsələni tam çılpaqlığı ilə həqiqətə uyğun, faktlara əsaslanaraq qaldırdı. Lakin ermənilər heç bir cavab tampayaraq yenə də öz məkirli siyasətlərini dünyaya nümayiş etdirdilər və xarici ölkənin nümayəndəsinə qarşı qəddarlıqla reaksiya verdilər".
E.Süleymanova qeyd edib ki, Aureliya həm boyük cəsarət göstərdi, həm də ombudsmana məxsus bir hərəkət etdi: "Bu gün biz Aureliya xanımı yüksək dəyərləndirməkdə haqlıyıq və ona öz təşəkkürümü bildirik".
Tədbirdə çıxış edən Moldovanın ombudsmanı
Aureliya Qriqoriu
qeyd edib ki, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur bu problemin həlli istiqamətində işlər daha da aktivləşdirilməlidir: {img6}{img5}"Biz bu problemin həlli istiqamətində fəaliyyətimizi artırmalıyıq. Çünki haqq-ədalət Azərbaycanın tərəfindədir". A.Qriqoriu həmçinin, BMT Təhlükəsizilik Şurasının da bir sıra hallarda ədalətli mövqe tutmadığını söyləyib. O təklif edib ki, Azərbaycan BMT strukturunda, mexanizmində köklü dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış etməlidir: "Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işal edilmiş torpaqlarının azad edilməsi ilə bağlı qətnamələri yerinə yetirməkdən imtina edir və məhz bu səbəbdən də mən Azərbaycanın BMT mexanizmində dəyişiklik etməyə təşəbbüs göstərməyə çağırıram".
Tədbirdə çıxış edən Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumunun prezidenti
Rauf Zeyni
A.Qriqoriuya insan hüquqlarını, xüsusən də Azərbaycan xalqının haqlı mövqeyini müdafiə etdiyinə görə təşəkkür etdi. Formun prezidenti qeyd etdi ki, QHT Forumu bu ildən başlayaraq, öz fəaliyyətləri ilə tarixə imza atan insanlar üçün “Tarixi imza” mükafatını təsis edib və o ilk “Tarixi İmza” mükafatını Moldova Ombudsmanı A.Qriqoriuya təqdim etdi.
{img7}Daha sonra tədbirdə çıxış edən Ü.Hacıbəyli adına Milli Konservatoriyanın rektoru, xalq artisti
Fərhad Bədəlbəyli,
Azərbaycan Mətbuat Şurasının sədr müavini
Umud Mirzəyev,
Qarabağ Azadlıq Təşkilatının sədri
Akif Nağı,
Gənc Vətənpərlər Birliyinin sədri
Muğan Qaramanlı,
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü
Cavid Əliyev,
Azərbaycanın Milli Qəhramanı
Arif Məhərrəmov,
Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri
İradə Rzazadə
və b. QHT rəhbərləri Azərbaycan xalqının müdafiəsində tutduğu ədalətli mövqeyə görə Moldovalı Ombudsmana öz təşəkkürlərini bildirmişlər.
Tədbirin sonunda Moldovalı Ombudsmana ATXƏM tərəfindən plaket və QHT-lər tərəfindən bır sıra mükafatlar təqdim edilib. A.Qriqoriu və ATXƏM sədri İlham İsmayılov Mətbuat üçün brifinq keçirmişlər.
Daha sonra MUĞAM KLUBda dövlət və hökumət nümayəndələri, millət vəkilləri və ziyalıların iştirakı ilə Moldova Ombudsmanın şərəfinə ziyafət verilmişdir.
ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15375.html