Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İstanbulda yeni Azərbaycan ünvanı
03.01.14 08:12



28 dekabr 2013-cü ildə İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İTAD) yeni binasının açılışı olmuşdur.

İstanbulun Kadıköy bölgəsinin mərkəzində yerləşən yeni binanın açılışını bildirən qırmızı lenti Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Türkiyənin millət vəkili Ali Özgündüz, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov və İTAD-ın sədri Səfər Qaraqoyunlu kəsmişlər.

{img1}{img2}Açılış mərasimində çıxış edən İTAD-ın sədri Səfər Qaraqoyunlu bildirdi ki, dərnək 2010-cu ildən fəaliyyətə başlayıb və fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan və Türkiyə arasında var olan dostluq, qardaşlıq bağlarını üst səviyyəyə daşımaq üçün bir çox tədbirlər həyata keçirmişdir. "Bu tədbirlər Azərbaycanın iğşal altında olan torpaqları və Dağlıq Qarabağ problemi, xüsusən Xocalı soyqırımının Türkiyə və bütün dünya ictimayyətinə çatdırılmasında müstəsna rol oynamışdır. Dərnəyimiz eyni zamanda Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində də mühüm işlər görməktədir".

{img5}Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov İTAD-ın İstanbulda Xocalı soyqırımı, 20 Yanvar faciəsi və Azərbaycanla bağlı digər tədbirlərin təşkil olunmasında fəal rolunu yüksək qiymətləndirmiş, dərnəyin çoxsaylı üzvlərinə uğurlar arzulamış, Türkiyədə yaşayan soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etmişdir. H.Zeynalov öz çıxışında dərnək və vakıfların gördüyü işlərin əhəmiyyətinə toxunaraq, qeyd etmişdir ki, erməni işğalı altında olan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün dünyada ictimai fikrin formalaşmasında bu cür dərnəklər və diaspora təşkilatları əvəzsiz rol oynayacaqdır. Sonra Baş konsul İTAD-a əl toxuması olan Qarabağ xalçasını hədiyyə etmişdir.

{img3}ATXƏM-in sədri İlham İsmayılov öz çıxışında Azərbaycanın tarixi torpaqlarının böyük hissəsinin başqa dövlətlər tərəfindən işğal olunduğuna diqqət çəkərək, qeyd etdi ki, bu günkü Ermənistan tam olaraq Azərbaycanın tarixi torpaqları üzərində qurulmuşdur: "Dünyada Azərbaycan kimi bir neçə yerə parçalanmış ikinci ölkəyə rast gəlmək mümkün deyildir. Bu gün İran, Rusiya, Gürcüstan, Ermənistan qədim Azərbaycan torpaqları hesabına daha da genişlənmişdir. Ermənistan Azərbaycanın yalnız Dağlıq Qarabağ bölgəsini işğal etməyib, tarixi Göycə mahalı, Dərələyəz, tarixi şəhərimiz olan İrəvan da ermənilərin sahibləndiyi torpaqlarımızdır. Türk diaspora təşkilatları bu faktların bütün dünyada tanıdılması üçün də ortaq fəaliyyət işərisində olmalıdır". İ.İsmayılov bu istiqamətdə İTAD-ın böyük işlər görəcəyinə əmin olduğunu qeyd edərək, dərnək üzvlərinə uğurlar diləmiş, yeni ofisini açmış dərnəyə Azərbaycanın müasir inkişafını özündə əks etdirən rəsm-tablo və qarmon hədiyyə etmişdir.

{img4}Tədbirdə çıxış edən Prezident Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor müdiri Qafar Əliyev XXI əsrin türk əsri olacağı fikirlərinə diqqət çəkərək, qeyd etmişdir ki, bu fikirlər təssadüfən yaranmayıb və konkret faktlara əsaslanmışdır: "XXI əsrdə Azərbaycan və Türkiyənin birgə enerji layihələri, 2014-cü ildə açılması gözlənən Bakı-Tiflis-Qars dəmiryolu layihələri bizim bəzi xarici düşmənlərimizi rahatsız etməkdədir. Ona görə də bəzən media orqanlarında bu cür iri layihələrə qarşı qərəzli yanaşmalara da rast gəlmək olur. Çünki onlar bu böyük enerji layihələri sayəsində Azərbaycan və Türkiyənin daha da güclənəcəyindən narahat olurlar. Bu iki qardaş və dost ölkələrin güclənməsi isə bütün Türk dünyasının güclənməsinə xidmət edəcəkdir. Bu layihələrin uğurla həyata keçirilməsi üçün bütün türk diaspora təşkilatları da aktif fəaliyyət göstərməli, ictimai fikrin müsbət istiqamətdə formalaşması üçün birgə fəaliyyət işərisində olmalıdırlar".

{img6}{img7}MHP Qars Bələdiyə Başkanlığına namizəd olan Murtaza Karaçanta öz çıxışında bidirdi ki, Azərbaycan bu gün regionda dinamik inkişaf edən ölkədir və artıq regionda lider dövlətə çevrilmişdir. "Azərbaycan Asiya və Anadolu türklərinin mədəniyyətlərini, tarixi bağlarını özündə ehtiva edən bir ölkədir. Torpaqları erməni işğalı altında olsa da öz inancı ilə gələcəyə yürüyən gənc bir dövlətdir. Amma şanslıdır ki, özü kimi düşünən qardaş Türkiyə hər zaman onun yanındadır. İnanıram ki, Türkiyənin bu qardaşlıq və dostluğu əbədi olaraq Azərbaycanla olacaqdır. Biz bu qardaşlığın sonsuzadək olacağını artıq bütün dünyaya elan etmişik və bu yolda heç nədən çəkinmədən yan-yana getməkdəyik".

CHP millət vəkili Ali Özgündüz öz çıxışında Türkiyə və Azərbaycan arasındakı əlaqələrə toxunaraq, qeyd etdi ki, bu əlaqələr tarixi bağlar üzərində qurulduğunda günü-gündən daha da inkişaf etməkdədir. A. Özgündüz Azərbaycanı bütün dünyada parlayan ulduza bənzədərək, regiondakı bütün böyük layihələrin əsas təşəbbüskarı və icraatçısı olduğuna da diqqət çəkdi.

{img8}{img9}Tədbirdə Şair Abbas Gökçe, İTAD-ın ağsaqqalları - Bekir Doğan, İhsan Özkösəli, Anadolu Aydınlar Ocağı Başkanı Prof. Dr. İbrahim Öztek çıxış edərək bildirdilər ki, dövlətlərin səhədlərini qanunlar müəyyənləşdirər, amma millətlərin sərhədlərini çəkəcək heç bir qanun yoxdur. "Onun üçün Azərbaycan və Türkiyə insanı sadəcə dost millətlər deyil, can qardaşı, qan qardaşı millətlərdir".

Tədbirin sonunda İTAD tərəfindən Azərbaycandan gələn qonaqlara plaket təqdim olunmuz, incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmiş və ziyafət verilmişdir.

{img10}
URL / WWW
http://atxem.az/news/a-15384.html