Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » 100-dən artıq QHT beynəlxalq təşkilatlara müraciət etdi
26.02.14 12:27



25 fevral 2014-cü ildə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Milli QHT Forumu (MQF) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları və Mətbuat nümayəndələrinin 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində erməni millətçiləri tərəfindən dinc əhaliyə qarşı törədilmiş soyqırımın 22-ci ildönümündə bir araya gəldilər.

Tədbirdə Moldovanın Ombudsmanı Aureliya Qriqoriu da iştirak edirdi.

{img4}{img3}Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri llham İsmayılov rəhbərlik etdiyi qurumun Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, ATXƏM hər il Strasburqda Xocalı yürüşü keçirir. Keçən il “Strasburq Azərbaycan Evi”nin də dəstəyi ilə baş tutan aksiyada 1000 nəfərə yaxın insanın iştirak etdiyini deyən İlham İsmayılov bu il də Strasburqda Xocalı yürüşünün təşkil olunduğunu və ATXƏM-in də həmin aksiyaya dəstək veridiyini diqqətə çatdırıb. ATXƏM sədri deyib ki, qeyri-hökumət təşkilatları Xocalı soyqırımının dünyaya çatdırılması prosesində fəal iştirak etməlidirlər. İlham İsmayılovun sözlərinə görə, məqsədyönlü fəaliyyət olduğu halda nəticə də əldə etmək mümkündür.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni 1992-ci ilin fevralında ermənilərin Xocalıda tərətdikləri vəhşiliklərdən danışıb. Bildirib ki, ermənilər həmin gün ruslara məxsus 366-cı alayın köməyi ilə Xocalıya hücum edərək burada insanlığa sığmayan hərəkətlər, əsrin faciəsini törədiblər. Nəticədə 613 nəfərin həlak olduğu, minlərlə soydaşımızın xəsarət aldığını deyən Rauf Zeyni Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönılü fəaliyyət göstərir. Milli QHT Forumunun prezidenti bildirib ki, bir sıra dövlətlər, beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edir, Xocalı faciəsini tanımaq istəmirlər. Ümid edirik ki, tezliklə haqq-ədalət öz yerini tapacaq və Xocalıda əsrin cinayətini törədən insanlar öz cəzasını alacaqlar. Eyni zamanda Xocalı hadisəsi tezliklə bütün dünyada soyqırım olaraq tanınacaq.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov vurğulayıb ki, Xocalı faciəsi bəşər tarixinin qanlı səhifəsidir: "Biz tarixə ekskursiya etməliyik. Rusiya və İran arasında Gülüstan və Türkmənçay müqavilələri bağlanandan sonra Azərbaycan xalqı soyqırımlara məruz qalıb. İstər 1905-1907-cı illərdə, istərsə də II Dünya Müharibəsindən sonra Ermənistanda yaşayan azərbaycanlılar sürgün olunub, qətlə yetirilib. 1918-ci ilin martında ermənilər Bakıda soyqırımı törədib. Xocalı soyqırımı isə bu soyqırımların zirvəsində dayanır". Ə.Amaşov qeyd edib ki, Azərbaycanın qarşısında duran ən böyük məqsəd Xocalı soyqırımını daha geniş şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır: "Hesab edirəm ki, bununla da dünya mənfur düşmənin simasını daha yaxşı tanıyacaq".

Tədbirdə iştirak edən Moldova Ombudsmanı Aurelia Qriqoriu öz çıxışında Xocalı faciəsini törədənlərin beynəlxalq məhkəmədə mühakimə olunmasını vacib sayıb: “Bu matəm günündə Azərbaycan xalqının yanındayam. Mən bir Ombudsman, parlament vəkili, hüquqşünas kimi deyirəm ki, Xocalı soyqırımını törədən cinayətkarlar İnsan Haqları üzrə Haaqa Məhkəməsində, Beynəlxalq Hərbi Tribunalda mühakimə olunmalıdırlar. Genosidlə bağlı Beynəlxalq konvensiyalarda genosidi törədənlərə hüquqi-siyasi qiymət verilməlidir. O gecə Xocalıda cinayəti törədənlər hələ də sağdırlar və bir çoxları Ermənistan hakimiyyətində yüksək vəzifə sahibidirlər. Ermənistan dünyanı aldatmaq istəyir ki, guya Xocalıda qətl edilənlər ermənilərdir. Amma Azərbaycan dövlətinin əlində bunun əksini sübut etmək üçün əlində kifayət qədər dəlil və faktlar var. Fevralın 25-dən 26-a keçən gecənin qurbanları bu faciənin canlı şahidləridir”.

{img1}{img2}A.Qriqoriya bildirib ki, Azərbaycan həqiqətlərini və Xocalı həqiqətlərini beynəlxalq tribunala çıxarmaqla bunun nə qədər böyük bir faciə olduğunu dünyaya çatdırmış olarıq: "İrəvandakı çıxışım zamanı bütün həqiqətləri ermənilərin diqqətinə çatdırdım. 22 il keçməsinə baxmayaraq, bu faciəyə hüquqi qiymət verilməyib. Hesab edirəm ki, BMT tərkibində Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün xüsusi statuslu məhkəmə yaradılmalıdır".

Moldovalı ombudsman qeyd edib ki, İrəvandakı çıxışından sonra ona həqiqəti danması üçün böyük qonarar təklif ediblər: "Ancaq mən buna qədər bütün həqiqəti öyrənmişdim. Ona görə də həqiqətin gözünə dik baxmağı seçdim və ermənilərin çirkin təklifini qəbul etmədim. Hesab edirəm ki, biz sonadək ermənilərin Azərbaycanla bağlı provakativ addımlar atmasına imkan verməməliyik. Çünki, ermənilərin dünya ictimaiyyətinin gözündən pərdə asdığı bəsdir".

”İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, Xocalı faciəsi azərbaycanlıların başına gətirilən ən böyük və ən dəhşətli faciələrdən biridir: “Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı törədilən bir terror aktıdır: “Ermənistan silahlı qüvvələri Sovet Birliyinin 66-cı alayı ilə birlikdə qarşılarına azərbaycanlıların yer üzündən silinməsi məqsədini qoymuşdu ki, bu faciə də həmin məqsədin bir hissəsi idi. Dünya ictimaiyyəti bu faciəyə öz münasibətini bildirməlidir. Bu gün dünyanın bir çox ölkələrinin parlamentləri Xocalı faciəsini soyqırımı kimi qəbul etməklə yanaşı, faciə ilə bağlı sənəd qəbul edib. Amma təəssüf doğuracaq məqamlar da var. Belə ki, dünyanın bir çox beynəlxalq təşkilatları bu cür faciələrə, soyqırımılarına qarşı ikili münasibətlər bəsləyirlər”.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə Xocalı soyqırımını ümumilikdə türk dünyasına qarşı törədilmiş vandalizm aktı kimi dəyərləndirib: “Ermənilər cəzasız qaldıqlarından özbaşınalıqlarını tarixin bütün dövrlərində davam etdiriblər. Erməni vəhşiliklərinə, xalqımıza qarşı törətdikləri soyqırım siyasətinə beynəlxalq arenada layiqli qiymət verilməyib. Biz humanist xalqıq, lakin erməni faktoru bu humanistliyimizin önünə keçməməlidir”.

“Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev isə Xocalı faciəsinin dünya ölkələrində tanıdılması üçün media və sosial şəbəkələrin imkanlarından daha geniş şəkildə yaralanmağı təklif edib: “İnformasiya savaşında texnoloji yeniliklərdən və sosial şəbəkələrdən istifadə çox vacibdir. Əgər bütün informasiyaları mobil telefon vasitəsi ilə əldə edə biliriksə, deməli bizim təbliğat imkanlarımız xeyli artıb. Ona görə də bu imkanlardan geniş şəkildə istifadə etmək bizim borcumuzdur. Təbliğatımızın geniş şəkildə aparılması üçün sosial şəbəkələrdən fəal şəkildə istifadə etməliyik”. B.Quliyev vurğulayıb ki, Azərbaycanın ümummilli faciəsi olan Xocalı faciəsinin tanıdılması üçün hamı vətəndaş mövqeyindən çıxış etməlidir.

{img5}Geniş müzakirələrin getdiyi tədbirdə çıxış edən digər QHT və KİV rəhbərləri öz çıxışlarında Xocalı faciəsinin XX əsrdə dünyanın ən dəhşətli soyqırımı olduğunu qeyd edərək, bu soyqırımın dünyada tanıdılması və qəbul olunması üçün səylərin daha da artırılmasını vacib saydılar. Qeyd olundu ki, Xocalı soyqırımı dərsliklərdə geniş əks olunmalı, beynəlxalq məhkəmələrdə bu soyqırıma hüquqi-siyasi qiymətin verilməsinə çalışılmalıdır. Tədbirin sonunda 100-dən artıq QHT adından Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, ATƏT, İnsan Haqları üzrə Haaqa Məhkəməsi, Beynəlxalq Hərbi Tribunal, eyni zamanda, dünyada fəaliyyət göstərən insan hüquqları üzrə tanınmış Freedom Hause, Human Right Wateh təşkilatlarına müraciət göndərilib. Müraciətdə adı çəkilən təşkilatlar bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş bu soyqırımı cinayətinə biganə qalmamağa, dünyada bu cür soyqırımıların bir daha təkrar olunmaması üçün cinayətkarların cəzalandırılmasında qətiyyətli mövqe sərgiləməyə çağırılıb: “Biz Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri olaraq dünyada milli, etnik, dini, irqi ayrıseçkiliyə qarşı olduğumuzu bir daha bəyan etməklə, bu cür halları törədən şəxslərin və qrupların layiqli cəzalarını almaları üçün bütün beynəlxalq qurumları bir daha təkidlə mübarizəyə səsləyir, onlardan Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını tələb etmələrini və Xocalı soyqırımına obyektiv hüquqi-siyasi qiymət vermələrini gözləyirik”.

Həmçinin bəyanatda, bu hal BMT-sə 1948-ci il dekabrın 9-da və 1951-ci il yanvarın 12-də qüvvəyə minən “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalanması haqqında” konvensiyada təsbit olunan müvafiq maddə ilə uyğunluq təşkil etməklə, beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn cinayətlərdən biri olub soyqırımı kimi qəbul olunması da diqqətə çapdırılıb.

Sonda iştirakçılara Elşad Eyvazlının müəllifi olduğu “Böyüməyən uşaqlar” adlı kitabı paylanılıb. Kitab 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirəsindən bəhs olunur.
URL / WWW
http://atxem.az/news/a-15389.html