Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Macarstanda böyük Turan qurultayı keçiriləcək
04.08.14 19:05



Macarstanda fəaliyyət göstərən Macar Turan Fondu iki ildən bir Macarstanın paytaxtı Budapeşt şəhərində Böyük Turan Qurultayı təşkil edir.

Macarstan dövləti tərəfindən dəstəklənən növbəti Qurultay 05-11 avqust 2014-cü il tarixində Budapeşt şəhərində gerçəkləşəcək. Qurultayı təşkil edən Macar Turan Fondu Turk xalqlarının və onların diaspora təşkilatları arasında birliyinin yaranması üçün böyük işlər görməkdədir. Macar Turan Fondu bu Qurultayda iştirak etmək üçün Azərbaycandan da böyük nümayəndə heyəti dəvət etmişdir. Dünyanın dörd bir tərəfindən yüzlərlə təşkilat və diaspora təşkilatlarının rəhbərlərinin qatıldığı bu Qurultay Azərbaycan həqiqətlərinin tanıdılması və müxtəlif xalqların diaspora təşkilatları arasında ikitərəfli əlaqələrin qurulması baxımından olduqca əhəmiyyətlidir. Qeyd edək ki, Qurultayda Azərbaycandan dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ziyalılar və sənətçilərdən ibarət 30-a yaxın nümayəndə iştirak edəcək. Azərbaycan nümayəndə heyətinin Macarstanın rəsmi dövlət və hökumət qurumları ilə görüşü də nəzərdə tutulur.

ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15406.html