Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » ATXƏM sədri İlham İsmayılov: "Milli maraqlarımıza xidmət edən heç bir qurum Leyla Yunusu müdafiə etməyi özünə yaraşdırmamalıdır"
08.08.14 18:31



"Leyla Yunus əsasən Azərbaycan xalqının əleyhinə gedən, milli maraqlarımıza zərbə vuran qüvvələrin və şəxslərin hüquqlarını müdafiə ilə məşğul olub".

Bu fikirləri Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov "Sülh və Demokratiya İnstitu"nun rəhbəri Leyla Yunusun həbsi ilə bağlı münasibətində bildirib.

ATXƏM sədri qeyd edib ki, L.Yunus ictimai fəaliyyət göstərdiyi dövr ərzində insan hüquqlarının müdafiəsi adı altında anti-Azərbaycan mövqeyi nümayiş etdirib, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışıb: "Leyla Yunus "xalq diplomatiyası" adı altında uzun illərdir ki, Ermənistanın qeyri-hökumət təşkilatlari ilə əməkdaşlıq edir. Amma heç vaxt görməmişik ki, o bircə dəfə də olsun milli maraqlarımızdan çıxış etsin. Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində fəaliyyət göstərən bir təşkilat kimi, Avropada insan hüquqları təşkilatları ilə keçirdiyimiz görüşlərdə bizə qarşı hər zaman L.Yunusun onlara təqdim etdiyi dosyelərə əsaslanıblar. Elə bil L.Yunus Azərbaycanın deyil, Ermənstanın hüquq müdafiəçisidir. Düşünürəm ki, bu gün milli maraqlarımıza xidmət edən, özünü Azərbaycan vətəndaşı sayan heç bir şəxs, heç bir qurum L.Yunusu müdafiə etməyi özünə yaraşdırmamalıdır".
URL / WWW
http://atxem.az/news/a-15407.html