Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» "Çanakkala zəfəri -Bakının qurtuluşu" filminin təqdimatı oldu
17.09.14 18:44
Sentyabrın 15-də Bakı Əyləncə Mərkəzində "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə "Çanakkala zəfəri -Bakının qurtuluşu" filminin təqdimatı oldu.
Azərbaycan-Türkiyə arasında tarixi əlaqələrə, birinci dünya müharibəsi dönəmlərində iki ölkə arasındakı qardaşlıq bağlarına, 1918-ci ildə Bakının qurtuluşunda Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun xidmətlərinə işıq tutan filmdə prof.dr Anar İsgəndərov, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov,TİKA Bakı Təmsilçisi Mustafa Haşim Polat, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Seyid Ahmet Arslan çıxış edərək, o dövrün reallıqlarını və ölkələrimizin tutduğu mövqe ilə bağlı münasibət bildirmişlər.
{img2}{img1}Filmin təqdimatından sonra Azərbaycan-Türkiyə arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə mükafatlar təqdim olunmuşdur. Uluslararası Azerbaycan Medeniyyet,Dil,Tarih,Kültür Araştırma Merkezi (Manisa) tərəfindən mükafatlar Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayılov və AzTV "Turan" proqramının rəhbəri Zərnişan Azayevaya təqdim olunmuşdur.
URL / WWW
http://atxem.az/news/a-15415.html