Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » “BİRLİK” dərgisinin 08-09 (19)-ci sayı nəşr olundu
12.11.14 15:29

Dərginin 08-09(19) sayında (Noyabr 2014, ¹06) ötən ay Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxıışıni, Türk Dil Kurumu Başkanı Haluk Akalın ortaq türk dili yaradılması istiqamətində gorülən işlərdən ətraflı bəhs etməsini, Ulu Öndər Heydər Əliyevin Türk Dünyasının görkəmli yazıçısı Çingiz Aytmatov yaradıcılığına verdiyi böyük dəyəri, bu il oktyabr ayının 24-25-də Qarabağ bölgəsində ATXƏM-in və Türk Qastreonteroloji Vakfının birgə keçirdiyi IV Azərbaycan-Türkiyə Akademik Tibb vəTarix Konfranslarından görüntüləri və maraqlı şərhləri, İŞİD-i yaradan səbəb və nəticələri, Şuşanın tarixini çox geniş şəkildə əks etdirən yazılar, bundan əlavə Karaim folklorunun Türk ədəbiyyatında yeri haqqında, Milli maarifçiliyimizin banisi Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı haqqında, hal-hazırda Ankarada Qazi Universitetinin müəllimi, Prof.dr. Əflatun Nemətzadənin bu yaxında keçiriləcək 70 illik yubileyi haqqında, Yakutskda yaşayıb fəaliyyət göstərən, öz xomus sənəti ilə bütün dünyanı heyran edən Yuliana Krivoşapkina haqqında, Özbəkistanda yaşayan, Şərq Dünyasının Nəvaişünas məlakəsi, ustad Suima Opa haqqında və s. digər tarixi və ədəbi mövzulardan bəhs edən yazılar dərc olunmuşdur. Jurnalı PDF formatda www.atxem.az saytında da oxuya bilərsiniz.
URL / WWW
http://atxem.az/news/a-15417.html