Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Prof.dr. Əflatun Nemətzadənin 70 illik yubileyi Ankarada qeyd edilib
07.01.15 07:41



Dekabrın 4-də Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycanın tanınmış ziyalısı, prof.dr. Əflatun Nemətzadənin anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyi münasibətilə TÜRKSOY tərəfindən təntənəli tədbir keçirilib.

Tədbirdə TÜRKSOY-un sədri Duseyn Kasainov, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, Qazaxstanın Ankaradakı səfiri Canseyit Tüymebayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, "Mədəniyyət" TV kanalının sədr müavini İlham Rəhimli və Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov çıxış edərək, Ə. Nemətzadənin zəngin həyat və yaradıcılığı haqqında öz fikirlərini söyləmişlər. ATXƏM-in sədri İlham İsmayılov yubilyarı təbrik edərək, ona təşkilat adından xalı hədiyyə etmişdir. Tədbir Türk dünyasının tanınmış sənətçilərinin iştirakı ilə konsert proqramı ilə davam etdirilmişdir.

{img2}{img1}Qeyd edək ki, Prof.dr. Əflatun Nemətzadə 1944-cü ildə Astara rayonunun Ərçivan kəndində anadan olub. 1962-1967-ci illərdə Bakı İncəsənət Universitetində teatr bölümündə təhsil alıb və əmək fəaliyyətinə Musiqili Komediya Teatrında aktyor olaraq başlayıb.

1970-1975-ci illərdə Leninqrad (indiki Sankt -Peterburq) Rimski-Korsakov Dövlət Konservatoriyasının opera rejisorluğu fakültəsini bitirib. 1976-cı ildə Moskvada Böyük Opera və Balet teatrında dünyada məhşur olan Boris Pokrovskinin yanında rejissor köməkçisi olub. 1980-ci ildə Yəmən Xalq Respublikasında işə göndərilən rejissor, Adendə Dövlət Milli Musiqi Teatrını qurub. 1984-1992-ci illər arasında Bakı Dövlət Opera və Balet teatrında bir çox operalara rejisorluq edib. 1988-ci ildə Gürcüstanın İncəsənət Universitetində incəsənət elmləri doktoru elmi dərəcəsi alıb.

{img4}{img3}1991-ci ildə Ankara Dövlət Opera və Balet teatrına dəvət olunan Ə.Nemətzadə, daha sonra Mersin Dövlət Opera və Balet Teatrında rejissor kimi işə başlayıb.

Yazıçı, rejissor və elm adamı olan prof.dr. Əflatun Nemətzadənin 100-dən çox elmi araşdırması, məqalələri və şerləri Azərbaycan, Rusiya, Yəmən, Misir, Türkiyə və Polşada yayınlanmışdır. "Koroğlu" və "Alpamış" operası kimi Türk Dünyasına aid bir çox önəmli projeni həyata keçirərək, böyük uğurlar qazanmışdır. Onun səhnələşdirdiyi operalar bütün Türk dünyasında, eləcə də Avropada böyük maraqla qarşılanıb. Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Üstün zəka" kitabı Türkiyədə nəşr olunub. Uzun illərdir Türkiyədə Qazi Unversitetinin müəllimi olmaqla yanaşı, "İl" qəzetinin köşə yazarı, Yeni Azərbaycan Yardımlaşma və Kültür Dərnəyinin başqanı, eyni zamanda Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Türkiyə təmsilçisidir. Prof.dr. Əflatun Nemətzadə bütün bu geniş fəaliyyəti ilə yanaşı, həm də Türk dünyası diasporaları arasında əlaqələrin qurulmasında,bu əlaqələrin inkişaf etdirilməsində xüsusi rol oynayıb.

{img6}{img5}

{img7}


ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15423.html