Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » ATXƏM-dən daha bir xeyirxah aksiya
23.01.15 01:05



Azərbaycanda 20 Yanvar 1990-cı il hadisələrinin 25-ci ildönümünü geniş şəkildə qeyd edildi. 20 yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutan Azərbaycanlıların və digər Türk Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) faciənin 25 illiyini nəzərə alaraq nəcib bir təşəbbüslə çıxış etdi.

Belə ki, ATXƏM Salyan rayonu Qaraçala qəsəbəsindəki şəhidlər xiyabanı-abidə kompleksinin abadlaşdırılması və yenidən qurulması işini həyata keçirərək, 30-a yaxın şəhid məzarının baxımlı hala gətirilməsinə nail oldu.



{img2}{img1}Yanvar ayının 19-da və 20-də Rayon İctimaiyyətinin və qəsəbə sakinlərinin iştirakı ilə yeni təmir olunmuş abidə kompleksin önündə anım tədbiri keçirildi. Tədbirdə ziyalılar, şəhid ailələri çıxış edərək, xiyabanda yaradılmış şəraitdən məmnun olduqlarını bildirib, şəhidlərin ruhuna dualar oxunub.

Xatırladaq ki, Qaraçala qəsəbəsindəki şəhidlər xiyabanı abidə kompleksi regionlarımızda yaradılmış ilk abidə komplekslərindən biridir və bu günədək əsaslı təmir olunmamışdı.

{img4}{img3}

{img6}{img5}
URL / WWW
http://atxem.az/news/a-15424.html