Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » "Birlik" dərgisinin yeni ¹ 01-02 (20) 2015 Yanvar (01) sayı dərc olundu
06.02.15 09:28



Dərginin 01-02(20) sayında (Yanvar 2015, ¹01) Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovun “100 illik erməni yalanlarına qarşı vahid Türk cəbhəsi” adlı yazısı erməni lobbisinin neytrallaşdırılması, yaşadıqları ölkələrdə təsir imkanlarının azaldılması üçün Türk xalqlarının diaspor təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsindən bəhs edir.

Bundan başqa dərgimizdə Yəməndə baş verən daxili proseslərdən bəhs edən yazı, 26 fevral 1992-ci ildə baş vermiş Xocalı hadisələrini əks etdirən “Xocalı Soyqırımı XX əsrin faciəsidir” adlı yazı, AR Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Azərbaycan dövlətinin gənclərimizin hərtərəfli inkişafını təmin etmək istiqamətində apardığı işlər barədə müsahibəsi, Ç.Nağıyevanın “Türk və türkçülük” yazısı, ATXƏM-in AR Mətbuat Şurasının və Milli QHT Forumunun dəstəyi və Moldovanın İnsan Hüquqları üzrə müvəkkili Aureliya Qriqoriyunun iştirakı ilə “Xocalı soyqırımı – XX əsrin insanlığa qarşı cinayətidir” mövzusunda keçirdiyi konfransdan bəhs edən və qanlı 20 Yanvar hadisələrində şəhid olmuş Qaraçala şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimini əks etdirən yazı, AMEA-nın Fəlsəfə, Sosiologi və Hüquq İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin böyük elmi işçisi Dr. İradə Zərqanın “Qafqazda türk-müsəlman dirçəlişi və Əli bəy Hüseynzadə” adlı yazısı, Dilqəm Əhmədin “Rəsulzadənin məktubu tapıldı” yazısı, Feyzullah Tecirlinin “Batı Bunalımı ve İslamofobi” məqaləsi, vaxtı ilə DAK-ın sədri olmuş, hazırda İsveçdə yaşayan soydaşımız Cavad Derəxti ilə müsahibə, Ə.Bayramqızının “Bir kuman duasının izi ilə” yazısı, Çağdaş özbək ədəbiyyatının parlayan ulduzu Uktamoyun yaradıcılığı haqqında yazı, Selcuk Düzgünün “Boraltan faciəsi və uyğur Türkləri” yazısı, Rəşad Sahilin N.Nərimanov haqıında bilmədiyimiz gerçəkləri əhatə edən yazısı, Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin “Müsəlman ermənilər” – həmşinlər haqqında yazısı, Çingiz Muxtarın “Türkologiyada yeni kəşf” – riyaziyyat və dilçilik elmində yeni kəşf haqqında məqaləsi, Səadət Ramazanlının “Çin türkmənləri – salarlar” adlı yazısı, Əfsanə Bayramqızının “Azərbaycan və özbək xalqının qəhrəman qızı Ziba Qəniyeva” haqqında yazısı, dr. Qafar Çakmaklının “Sarkis Torosyan kim?” adlı yazısı, muğam sənətimizin görkəmli nümayəndəsi Mənsum İbrahimov haqqında yazı və xalq şairi Vaqif Səmədoğlunun şeri yer tutmuşdur. Jurnalı PDF formatda www.atxem.az saytında da oxuya bilərsiniz.
URL / WWW
http://atxem.az/news/a-15428.html