Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Salyanda 3 may-Türkçülük Günü qeyd edildi
05.05.15 01:03



Azərbaycanda 3 may-“Türkçülük günü”nü qeyd etmək artıq bir ənənə halını alıb. Hər il Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) tərəfindən qeyd edilən bu tarixlə əlaqədar ATXƏM ötən həftə yenidən türkçülük ideologiyası ilə yaşayan, bu ideologiyanı təbliğ edən insanları bir araya toplayıb.

Azərbaycanda türkçülüyün mərkəzi kimi tanınan Salyan rayonunda qeyd edilən 3 may-Türkçülük Günü tədbirində dövlət və hökumət rəsmiləri, ictimai-siyasi xadimlər, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov qeyd edib ki, “Türkçülük günü” bütün Türk dünyasında hər il may ayının 3-də təntənə ilə qeyd olunur. Onun sözlərinə görə, bu tarixi gün Türk fikir adamı Hüseyn Nihal Adsızın Turançılıq iddiası ilə məhkəmə çəkişməsindən başlayan (3 may 1944-cü il) böyük anım və özünə dönüş günü kimi tarixə çevrilmişdir: “3 may-Türkçülük Gününün qeyd edilməsi artıq ATXƏM tərəfindən bir ənənə halına çevrilib. Sevindirici hal ondan ibarətdir ki, ildən-ilə bu tədbirə, bayram mərasiminə qoşulanların sayı artır. Müxtəlif səviyyələrdə bu bayram tədbiri qeyd edilir”.

{img5}İlham İsmayılov qeyd edib ki, Türk xalqları ilə əməkdaşlıq məsələləri günü-gündən daha da inkişaf edir və Azərbaycan artıq bu əlaqələrin qurulmasında aparıcı bir mövqeyə sahibdir. “Azərbaycan artıq Türkçülüyün inteqrasiyası istiqamətində ən fəal ölkələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhurriyyətinin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bu istiqamətdə nümayiş etdirdiyi siyasi iradə artıq digər türkdilli respublikalarda da bir canlanma, aktivliyə səbəb olub. İnanıram ki, biz ortaq tarixi günlərimizi bundan sonra da bütün türk xalqları ilə birlikdə davam etdirəcəyik. ATXƏM olaraq biz də bu ideyaların reallaşması, Türkdilli respublikaların bir araya gəlməsi istiqamətində üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq”.

{img2}{img1}Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri Qafar Əliyev ümummilli lider Heydər Əliyevin türk dünyasının birlik və bərabərliyi istiqamətindəki xidmətlərindən danışıb. Bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü də məhz Azərbaycan xalqına ümummilli lider Heydər Əliyev bəxş edib: “Ümummilli lider Heydər Əliyev istər Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə, istər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olduğu illərdə, istərsə də Azərbaycan xalqının təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra azərbaycanlıların birlik və həmrəyliyi, Türk dünyasının birliyi istiqamətində zəruri addımlar atmışdı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər il 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul etdi. Sonradan həmin tarix bütün Azərbaycanda qeyd edilməyə başlandı. Beləliklə artıq neçə illərdir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir”. Qafar Əliyev deyib ki, Heydər Əliyevin azərbaycanlıların, Türk dünyasının birlik və bərabərliyi istiqamətindəki fəaliyyətlərini ümummilli liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev davam etdirir: “Son illərdə bu istiqamətdə görülən işlər, həyata keçirilən tədbirlər belə dmeəyə əsas verir. İstər 2006-cı ilin sentyabrında Antalyada keçirilən türkdilli dövlətlərin və topluluqların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı, istərsə də 2007-ci ilin dekabrında Bakıda keçirilmiş türkdilli dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı türk dövlətləri arasında birliyin və qarşılıqlı anlaşmanın əldə olunmasına təkan verdi. Məhz bu qurultaylarda əldə edilən qərarların nəticəsi olaraq 2009-cu ildə Türkdilli Ölkələrin Parlament Assambleyasının 1-ci sammitinin Bakıda keçirilməsi və baş katibliyinin Bakıda yerləşməsi, daha sonra 2009-cu ilin oktyabr ayında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş IX zirvə görüşü türk dövlətlərinin birliyi istiqamətində mühüm addım oldu. Məhz bu zirvə görüşündə əldə olunan razılıq əsasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradıldı və Qazaxıstanda 2011-ci ildə birinci zirvə görüşü keçirildi.Bütün bunlar türk birliyi yönündə atılmış addımların nə qədər sistemli xarakter aldığını sübut etməkdədir. Biz bu tarixi toplantılara nəzər salsaq görərik ki, Naxçıvanda keçirilən IX zirvə toplantısı öz vacib məqamları ilə daha çox diqqət çəkməkdədir. Bu tarixi günün əhəmiyyəti nəzərə alınaraq, 2010-cu il sentyabrın 16-da İstanbulda Türksoylu ölkələrin dövlət başçılarının sammitində qəbul edilmiş qərara uyğun olaraq 3 oktyabr tarixi rəsmi olaraq Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan olunmuşdu. Artıq 3 oktyabr tarixi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədə məhz Türkdilli Ölkələrin Əməkdaşlıq Günü kimi qeyd olunur”. Prezident Administrasiyasının rəsmisi bildirib ki, bu gün Azərbaycan və Türkiyə dost və qardaş ölkə kimi bütün səviyyələrdə bir-birinə dəstək durur, eyni mövqedən çıxış edir.

{img4}{img3}Dünya Azərbaycanlılarınin Milli Birliyinin sədri Cavad Derəxti də Türk dünyasının inteqrasiyası istiqamətində atılan addımlar, Azərbaycanın bu proseslərdəki rolundan danışıb. Bildirib ki, son illər ərzində Türk dünyasının birlik və bərabərliyi yolunda mühüm tədbirlər keçirilib və bu tədbirlər günü-gündən daha da artmaqdadır: “Türk dünyasında “3 may Türkçülük günü”ünün bayram kimi qeyd olunması türk düşüncə tərzinin kommunizmə dirəniş göstərdiyi bir tarixdir və türk xalqlarının milli kimliyini qəsdə yönəlmiş kommunizmə qarşı qələbəmizi qeyd etmək həm də türk varlığının qorunması kimi dəyərləndirmək olar”. Cavad Derəxti ATXƏM sədri İlham İsmayılovun türkçülük istiqamətindəki fəaliyyətlərindən də danışıb və İlham İsmayılovun bu fəaliyyətini yüksək qiymətləndirib. İctimai Birlik sədri deyib ki, İlham İsmayılov ən böyük türkçüdür: “ Hansı vəzifədə çalışmasından asılı olmayaraq millətin millət olması üçün əsl ideya, əsl zirvə məhz millətə qulluqdur. Millətə qulluq üçünsə onun birinci növbədə dilini, adət-ənənəsini biməli, millətə mənsub olmalısan. Ən əsası isə qanında məhz türk qanı axmalıdır. Ona görə də İlham İsmayılov həqiqi, təmiz mənada əsl türkdür”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov may ayının bayramlar ayı olduğunu deyib. Bildirib ki, hələ Sovetlər zamanında 1 may zəhmətkeşlər günü kimi qeyd edilirdi: “Artıq bir neçə ildir ki, 3 may tarixi isə Türkçülük Günü kimi qeyd olunur. Onu da diqqətə çatdırım ki, 3 may-Türkçülük Gününün qeyd edilməsi istiqamətində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi və onun sədri İlham İsmayılovun xüsusi əməyi olub. Eyni zamanda mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olduğu tarixdir və hər il bu tarix Azərbaycanda yüksək səviyyədə qedy edilir. Mayın 28-də isə Azərbaycanda Respublika Günü qeyd edilir”. Əflatun Amaşov İlham İsmayılovun Türk dünyasınıb birlik və bərabərliyi istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirib və bu istiqamətdəki fəaliyyətinə görə ona Mətbuat Şurasının plaketini təqdim edib.

Yazıçı-publisist, “OLAYLAR” İnformasiya Agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktoru Yunus Oğuz 3 may-Türkçülük Günü ərəfəsində həm də ATXƏM sədri İlham İsmayılovun 55 yaşının tamam olduğunu diqqətə çatdırıb: “Bu günlərdə bizim dostumuz İlham İsmayılovun 55 yaşı tamam olur. Bu müasibətilə mən onu ürəkdən təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayıram” İlham İsmayılovun türkçülük, Türk dünyasının birlik və bərabərliyi istiqamətindəki xidmətlərini yüksək dəyərləndirən Yunus Oğuz bildirib ki, türk dünyasının, türk millətinin gələcəyi üçün hər kəs əlindən gələni etməlidir.
<>br>Akademiklər Vilayət Əliyev, Vəli Əliyev, ədəbi tənqidçi İlham Rəhimli, şair Çingiz Əlioğlu və başqaları da çıxışlarında 3 may-Türkçülük Gününün əhəmiyyətindən danışıb, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin hər il bu tarixi geniş səviyyədə qeyd etdiyini diqqətə çatdırıblar. Natiqlər ATXƏM sədri İlham İsmayılovun bu istiqamətdəki yorulmaz fəaliyyətini də təqdir ediblər. Çıxış edənlər İlham İsmayılovu 55 illik yubileyi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində, Türk dünyasının birlik və bərabərliyi istiqamətindəki çalışmalarında uğurlar arzulayıblar. Daha sonra 3 may-Türkçülük Günü tədbiri konsert proqramı ilə davam edib.

ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15431.html