Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Birinci Avropa Oyunları bütün parametrlər üzrə Azərbaycana yalnız uğur gətirəcək
02.06.15 14:32
İlham İsmayılov: “Bu oyunlar ölkəmizin dünyada, beynəlxalq aləmdə daha yaxından tanıdılmasına yeni-yeni imkanlar yaradacaq”
Birinci Avropa Oyunlarının startı ilə bizi cəmi 10 gün vaxt ayırır. İyunun 12-də start götürəcək Birinci Avropa Oyunlarına hazırlıq prosesi artıq yekunlaşmaq üzrədir. Ötən müddət ərzində ölkədə geniş miqyasda həyata keçirilən quruculuq-abadlıq işləri, yeni infrastruktur layihələri, müasir standartlara cavab verən idman komplekslərinin inşası, eləcə də bu istiqamətdə həyata keçirilən digər vacib tədbirlər onu deməyə əsas verir ki, ölkəmiz Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək və bir daha dünyanı, Avropanı heyrətləndirəcək. Elə ölkənin ictimai-siyasi həyatında aktiv olan insanlar, sadə vətəndaşlar da bu qənaətdədirlər.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov deyir ki, Birinci Avropa Oyunlarının təşkilinin Azərbaycana həvalə edilməsi ölkəmizə olan etimadın, inamın göstəricisidir: “Bir qayda olaraq bu kimi mühüm tədbirlər siyasi cəhətdən sabit, inkişaf etmiş ölkələrdə keçirilir. Azərbaycan da son illər ərzində uğurlu yol keçdiyi, siyasi və iqtisadi sahədə nailiyyətlər əldə etdiyi üçün heç nədən çəkinmədən Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə razılıq verildi. Belə bir qərar qəbulk edilərkən Avropanın özündə də inam vardı ki, Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirməyə qadir bir ölkədir. Çünki bundan 3 il əvvəl Azərbaycan Evrovision musiqi yarışmasını yüksək səviyyədə təşkil etməklə dünyanı, Avropanı heyrətləndirə bilmişdi. Hazırda Avropa Oyunlarına hazırlıq prosesinin uğurla həyata keçirilməsi də onu deməyə əsas verir ki, Azərbaycan bir daha bütün dünyanın diqqətini özünə yönəldə biləcək”. ATXƏM sədrinin sözlərinə görə, Avropa Oyunlarına hazırlıq prosesinə birbaşa cənab prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın ciddi nəzarət etməsi, ən xırda detallara belə həssas yanaşması bu oyunların yüksək səviyyədə təşkil olunacağına əminlik yaradır. İlham İsmayılov Birinci Avropa Oyunlarının ölkəmizin dünyada, beynəlxalq aləmdə daha yaxından tanıdılmasına yeni-yeni imkanlar yaradacağını da söyləyib: “Birinci Avropa Oyunlarında mübarizə aparacaq 6 mindən artıq idmançı, onların məşqçiləri, eləcə də bu oyunları izləmək üçün ölkəmizə gələcək turistlərin Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandırılması baxımından bu oyunların əhəmiyyəti böyükdür. Avropa Oyunlarının davam edəcəyi 16 gün ərzində ölkəmizdə olacaq turistlər otel xidmətlərindən, ticarət obyektlərindən yararlanacaqlar ki, bu da iqtisadiyyatımıza öz müsbət töhfəsini verəcək. Ən əsası Birinci Avropa Oyunları Azərbaycana turist axınını artıracaq”.
İlham İsmayılov bildirib ki, Birinci Avropa Oyunları dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının gələcək fəaliyyətində də müsbət məqamlara yol açacaq: “Belə ki, Avropa Oyunlarında iştirak edən idmançılar, bura gələcək turistlər Azərbaycanda olan yüksək qonaqpərvərliyi, milli və dini tolerantlığı öz gözləri ilə gördükdən sonra Azərbaycan xalqına qarşı daha xoş, mehriban davranacaqlar. Heç şübhəsiz ki, onlar öz ölkələrinə qayıtdıqdan sonra burada gördükləri xoş təssüratları yaxınları, eləcə də həmin ölkələrdə yaşayan azərbaycanlılarla bölüşəcəklər. Nəticədə Azərbaycan diaspor təşkilatları onların simasında özlərinə Azərbaycanın dostlarını qazanacaqlar. Bu müsbət tendensiya müxtəlif vaxtlarda diaspor təşkilatlarımızın, eləcə də ayrı-ayrı QHT-lərin xarici ölkələrdə Azərbaycanla bağlı təşkil edəcəkləri tədbirlərdə özünü göstərəcək. Əgər Avropa Oyunlarına qədər diaspor təşkilatlarımızın hər hansı bir ölkədə Ermənistanın təcavüzkar siyasətinə etiraz əlaməti olaraq keçirdiyi aksiyalara yüzlərlə xarici ölkə vətəndaşı dəstək verirdisə, bu oyunlardan sonra onların sayı minlərlə olacaq. Həmçinin ermənilərin müxtəlif ölkələrdə Azərbaycan mətbəxini, adət-ənənələri, musiqisini özününküləşdirmək cəhdi həmin insanların Azərbaycan diasporuna dəstəyi nəticəsində mümkünsüz olacaq”. İlham İsmayılov qeyd edib ki, Birinci Avropa Oyunları bütün parametrlər üzrə Azərbaycana yalnız uğur gətirəcək.
"Olaylar", 02.06.2015
URL / WWW
http://atxem.az/news/a-15436.html