Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » "Birlik" jurnalı Ali Media Mükafatına layiq görülüb
24.07.15 15:32



22 iyul Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı keçirilən təntənəli tədbirdə Mətbuat Şurasının Ali Media Mükafatı təqdim olunub.

Ali Media Mükafatının birincisi dərəcəsi üzrə mükafat Kaspi qəzetinə təqdim olunub.

Ali Media Mükafatının ikinci dərəcəsinə “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, Ali Media Mükafatının üçüncü dərəcəsinə isə “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, jurnalist Nizami Məmmədzadə layiq görülüblər.

Qeyd edək ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin mükafata "Türk dünyasının media qurumları ilə səmərəli əməkdaşlığın yaradılması və inkişafındakı xidmətlərinə görə" təltif edilib.
URL / WWW
http://atxem.az/news/a-15439.html