Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » "Birlik" dərgisinin yeni ¹ 07-08 (23) 2015 Noyabr sayı dərc olundu
26.11.15 13:12



Dərgimiz 07-08(23) sayında (Noyabr 2015) “Azərbaycan Prezidenti İlham Əliyev G20 zirvəsində” adlı yazı ilə başlayır.

Daha sonra təhlil bölməsində Türkiyənin siyasi vəziyyətini gündəmə gətirən “AKP-dən siyasi revanş” yazısı, Ç.Nağıyevanın “Türkmənistanın tarixi inkişaf yolu və siyasi mövqeyi” yazısı, ATXƏM-in sədri İ.İsmayılovun “Qərbin ikili standartları, təcavüzkarlara bəslənən fərqli münasibət” adlı məqaləsi, Amerika əsilli Meksikalı yazar Gene D.Matlokun yeni işıq üzü görmüş “Ey insanlar, hamınız türksünüz!” kitabından bir parça, İsmayıllıda keçirilən “Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması” mövzusunda elmi-praktik konfrans haqqında yazı, Y.Kalafatın “Eli Şamil ve “Colan Türkmenleri” yazısı, İ.İlkinin “Kıprıs adasında Türklərin gələcəyi” yazısı, V.Ziveroğlunun “Rusİyanın İslam “sevgisi”” yazısı, S.Ramazanlının “Çin müsəlmanları – Huilər” adlı yazısı, C.Qasımovun Alban tarixini əks etdirən “Yüzillərdir axtarılan qədim Hunan şəhəri” yazısı, D.Əhmədin “Hitler ordusunun azərbaycanlılara müraciəti” yazısı, N.Məmmədovanın Osmanlı dövlətinin I dünya müharibəsinə qoşulması ilə Şimali Azərbaycanda yaranan ictimai-siyasi vəziyyətdən bəhs edən “Tam məxfi məktublar” yazısı, G.Yoloğlunun kazakların mənşəyinin araşdırılması yönündə yazılmış “Kazaklar” məqaləsi və s. bir çox maraqlı yazılar dərc olunmuşdur. Jurnalı PDF formatda www.atxem.az saytında da oxuya bilərsiniz.
URL / WWW
http://atxem.az/news/a-15446.html