Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İlham İsmayılov: “Prezident İlham Əliyevin terror sonrası Ankaraya səfəri Türkiyəyə qardaşlıq jestidir”
15.03.16 15:03



Cənab prezidentin bu addımı onun humanistliyinin ən bariz nümunəsidir

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana nəzərdə tutulan səfərləri məlum teror hadisələrindən sonra artıq 2-ci dəfə təxirə salındı. Lakin, fəxrlə söyləmək olar ki, ölkə başçımız cənab İlham Əliyevin qardaş ölkənin belə çətin durumunda Ankaraya səfəri Türkiyə üçün bir jest oldu”- bunu İnterAza özəl müsahibəsində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmayılov söylədi. Birlik sədri qeyd etdi ki, cənab prezidentin bu addımı onun humanistliyinin ən bariz nümunəsidir.

Mərkəz sədri müsahibəsində bir daha qardaş ölkədə, eləcə də dünyanın bir çox nöqtəsində baş verən teroru lənətlədiyini dilə gətirdi. Söylədi ki, bu insanlığa qarşı ən böyük cinayətdir. Ankarada baş verən son teror aktında yaxınlarına itirənlərə baş sağlığı verən İlham İsmayıov, Azərbaycanın hər zaman qardaş ölkənin yanında olduğunu diqqətə çatdırdı.

Bakı, İlkin Nadirov, İnteraz - 15 Mart 2016
URL / WWW
http://atxem.az/news/a-15452.html