Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» "Birlik" dərgisinin yeni ¹ 01-02 (24) (Mart 2016) sayı dərc olundu
05.04.16 15:56
Dərgimizin ¹ 01- 02 (24) (Mart 2016) sayı Martın 15-də Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasından bəhs edən yazı ilə başlayır.
Daha sonra ATXƏM sədri İ.İsmayılovun “Azərbaycan-Türkiyə münasibətlərinə heç bir qüvvə kölgə sala bilməz” yazısı, dr. Vüqar Zifəroğlunun Ankara və Brüsseldə baş vermiş terror aktları ilə bağlı “Ankara və Brössel terrorundakı gizli mesajlar” adlı yazısı, İ.İlkinin Xoca Əhməd Yəsəvinin Türk Dünyasına verdiyi töhfələri əks etdirən “Dünyanı Yəsəvi işığında aydınlatmaq...” yazısı, fevralın 19-26-da Azərbaycandan bir qrup QHT rəhbərlərinin iştirakı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş Türkiyədə keçiriılmiş silsilə tədbirlərlə bağlı yazı, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Hüquq və Sosiologiya İnstitunun əməkdaşı Y.Qaraqoyunlunun “Avrasiyanın gələcək siyasi xəritəsi və Türk varlığı” adlı məqaləsi, Dilqəm Əhmədin “Almas İldırımın məktubu aşkarlandı” yazısı, Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, Tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədovanın 1915-ci ildə törədilmiş qətliami əhatə edən “I Dünya savaşında erməni faktoru, Türklərin qətliam faktları – 1915” adlı yazısı, Prof.dr. Almaz Ülvinin (Binnatova) klassik özbək ədəbiyyatında böyük iz qoymuş Zahirəddin Baburun yaradıcılığından bəhs edən maraqlı yazısı, tarix elmləri doktoru, filologiya elmləri namizədi, türkoloq Güllü Yoloğlunun “Dinin günəşi Şəmsi Təbrizi, Cəlaləddin Muhammədi Mövlanə edən təbrizli dərvişdir” yazısı və s. bir çox maraqlı yazılar dərc olunmuşdur. Jurnalı PDF formatda
www.atxem.az
saytında da oxuya bilərsiniz.
URL / WWW
http://atxem.az/news/a-15455.html