Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » ATXƏM sədri “Tərəqqi” medalına layiq görülüb
06.06.16 13:42



İlham İsmayılov: “Bu bizə gələcəkdə görəcəyimiz işlər üçün həvəsləndirici mükafatdır"

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş şəxslərə iyunun 3-də mükafatlar təqdim edilib.

“Gülüstan” sarayında keçirilən mükafatlandırma mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Mükafatları Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib. Dövlət başçısının imzaladığı Sərəncama əsasən xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə yeddi nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 41 nəfər “Tərəqqi” medalı, iki nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

“Tərəqqi” medalı alanlar içərisində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov da olub. ATXƏM-in sədri “Tərəqqi” medalına görə, cənab Prezident İlham Əliyevə təşəkkür edərək, bildirib ki, bu, təkcə mənim deyil, mənimlə birlikdə zəhmət çəkən Diaspora Təşkilatlarının qazandığı medaldır." Bu dövlətimizin Diasporamıza verdiyi qiymətdir. “Tərəqqi” medalı bizim gördüyümüz işə görə verilsə də, hesab edirəm ki, bu gələcəkdə görəcəyimiz işlər üçün həvəsləndirici bir mükafatdır. Hələ Diaspora Təşkilatları olaraq gələcəkdə görəcəyimiz işlər çoxdur. Azərbaycan həqiqətlərini, Türk dünyasının problemlərini dünyaya çatdırmaq istiqamətində çalışmalıyıq”.
URL / WWW
http://atxem.az/news/a-15465.html