Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » “Birlik” jurnalı "Mirzə Cəlil" Media Mükafatına layiq görülüb
27.07.16 08:07



İyulun 27-də Beynəlxalq Mətbuat Mərkəzində "Mirzə Cəlil" Media Mükafatının ilk təqdimetmə mərasimi keçirilib.

''Mirzə Cəlil'' Media Mükafatının təşkilat komitəsinin sədri Aqil Ələsgər bildirib ki, ''Mirzə Cəlil'' Ali Media Mükafatı hər il 5 nəfərə, ''Mirzə Cəlil'' Media Mükafatı isə 10 nəfərə veriləcək. Bu mükafat hər ilin iyul ayının son 10 günlüyündə layiq olan, cəmiyyətdə heç bir şəkildə mübahisə yaratmayacaq şəxslərə təqdim ediləcək.

''Mirzə Cəlil'' Milli Media Mükafatının təşkilat komitəsinin münsiflər heyətində Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, teleaparıcı Anar Yusifoğlu, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli, əməkdar jurnalist Azər Həsrət, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlidir.

{img2}{img1}Bu il ilk dəfə təqdim olunan mükafatlar - professor Şirməmməd Hüseynov, BDU-nun jurnalistika fakultəsinin müəllimi Nəsir Əhmədli, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, fotoqraf Elxan Kərimov (ölümündən sonra), Lent.az xəbər portalının baş redaktoru Qabil Abbasoğlu, İTV-nin informasiya departamentinin direktoru Rauf Rəcəbov, “Trend” İnformasiya Agentliyinin direktor müavini Arzu Kazımov, “Azadinform” Agentliyinin baş redaktoru Niyaz Niftiyev, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin var.

Mədəniyyət kanalı, ATV, Lider TV, Region TV və Dünya TV telekanalları da Mirzə Cəlil ideyalarının təbliğindəki inkişafına görə münsiflər heyəti tərəfindən mükafatlandırıldı. Sonda münsifilər heyətinin üzvü, xalq şairi Sabir Rüstəmxanlı tədbirə verdiyi dəstəyə görə iş adamı Məlahət Qurbanovaya “Təşəkkürnamə” təqdim etdi.
URL / WWW
http://atxem.az/news/a-15473.html