Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İstanbulda Əli bəy Hüseynzadənin qızı ziyarət olundu
29.09.16 08:48



İstanbulda səfərdə olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, "Şərq" qəzetinin baş redaktoru, araşdırmaşı-yazar Akif Aşırlı, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin başkanı Səfər Karakoyunlu böyük mütəfəkkir və Turançı Əli bəy Hüseynzadənin 95 yaşlı qızı Feyzaver Alpsarı ziyarət ediblər.

Azərbaycandan ziyarətçilərinin olmasını atasına göstərilmiş böyük diqqət olduğunu qeyd edən Feyzaver xanım bildirib ki, Əli bəy Hüseynzadəyə aid olan bütün əsərləri və şəxsi əşyalarını Azərbaycana hədiyyə edib: "Bu otaqda gördükləriniz atamın əsərlərinin sadəcə fotokopiləridir. Bütün orjinal sənədləri Azərbaycan dövlətinə hədiyyə etmişəm".

{img1}Görüşdə ATXƏM sədri İlham İsmayılov Feyzaver xanımı Azərbaycana dəvət edib. Feyzaver xanım səhhəti ilə bağlı problem olduğunu, lakin həkimlərin icazə verəcəyi təqdirdə belə bir səfərin reallaşmasından da çox məmnun olacağını bildirib.
{img2}{img3}
URL / WWW
http://atxem.az/news/a-15482.html