Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Hollandiya Azərbaycan diasporunun rəhbəri İlhan Aşkın bu gün məhkəmədə ifadə verəcək
04.10.16 14:15
ATXƏM bütün diaspora təşkilatlarını İlhan Aşkının müdafiəsinə qalxmağa çağırır
"Ermənilər İlhan Aşkının gələcək fəaliyyətinə əngəl yaratmaq üçün məhkəmələrdən psixoloji təsir vasitəsi kimi istifadə edir"
Holandiyanın Almalo şəhərindəki kilsənin bağçasına 1915-ci il hadisələri ilə bağlı uydurma soyqırım abidəsinin qoyulmasına etiraz edən Holandiya Azərbaycan Türk kültür Dərnəyinin başqanı İlhan Aşkın iki ildən sonra ifadə alınmaq üçün məhkəməyə çağrılıb.
İlham Aşkının iki il əvvəlki etiraz mitinqində "Qarabağ ermənilərə məzar olacaq!" ifadəsi onun irqçilik yayılması kimi alğılanmış və ona qarşı suç duyrusu təqdim olunmuşdur. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi olaraq, bildiririk ki, erməni lobbisi öz təsir rıçaqlarından istifadə edərək, bununla Azərbaycan və Türk diaspora fəalı, ermənilərin Xocalıda törətdikləri soyqırımın Avropada geniş şəkildə yayımlanmasında aktiv rol alan İlhan Aşkının gələcək fəaliyyətinə əngəl yaratmaq, onu məhkəmə çəkişmələri ilə psixoloji təsir altında saxlamaq məqsədi güdməktədirlər.
{img1}İlhan Aşkın Azərbaycanın BMT və bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün pozulduğunu, Ermənistanın Azərbaycan torpaqlarını güc yolu ilə işğal altında tutduğunu ifadə etmiş, beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan ərazilərdən çəkilməsini tələb etmişdir.
Əsl irqçilik yayan, yüz il əvvəlki tarixi olaylara siyasi don geyindirən ermənilər təəssüf ki, Avropada bəzi rəsmi qurumlara təsir imkanları qazana, tarixi hadisələri öz məkirli niyyətlərinə alət edə bilirlər.
Ümid edirik ki, Holandiya məhkəmələri İlhan Aşkının fikirlərini hər bir şəxsin ifadə və düşüncə azadlığı müstəvisində dəyərləndirəcək, erməni lobbisinin məkrli niyyətinə alət olmayacaqdır.
EurasiaAz
URL / WWW
http://atxem.az/news/a-15483.html