Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » "Birlik" dərgisinin yeni ¹ 05-06 (26) (Oktyabr 2016) sayı dərc olundu
05.10.16 11:50



Dərgimizin ¹ 05- 06 (26) (Oktyabr 2016) sayı bu il, 29-30 sentyabrda keçirilən Bakı Beynəlxalq Humanitar Forumunda Prezident İlham Əliyevin çixişi ilə başlayır.

Dərgimizin yaddaş bölməsində araşdırmaçı-yazar, Psixoloji Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri Adıgözəl Məmmədovun “Səfəvilər dövləti müasir Azərbaycan dövlətçiliyinin geneloji yaddaşıdır” adlı yazısı dərc olunmuşdur. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın İstanbulun Ədirnəqapı məzarlığında yenicə bərpa edilən qəbirüstü abidəsinin ziyarəti “Nuri Paşanın 67 il sonra qılınan cənazə namazı...” yazısında geniş əks olunmuşdur. Bu ilin sentyabrın 14-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), Beynəlxalq “Avrasiya” Araşdırmalar İnstitutunun təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə Beynəlxalq Mətbuat Mərkəzində “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda keçirilən tədbirdə Türkiyəli araşdırmaçı-yazar Atilla Oralın “Nuri Killigil” kitabının da təqdimatı olub. Bu tədbiri “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” adlı yazı geniş əhatə edir. Daha sonra dərgimizdə Prof.dr. N.Cəfərovun “Türkologiya elminin siyasi- ideoloji problemləri” adlı məqaləsi, AR PA ictimai-siyasi şöbənin sektor müdiri Q.Əliyevin Özbəkistan və Azərbaycan arasında əlaqələri əks etdirən “Óçáåêèñòàí – íàäåæíûé ñîþçíèê Àçåðáàéäæàíà” adlı yazısı, avqustun 12-15-də Macar Turan Fondunun təşkilatçılığı, bütün türkdilli ölkələrin nümayəndələrinin iştirakı ilə Macarıstanın Buğac bölgəsində keçirilən növbəti Hun-Türk Qurultayından bəhs edən “Macarıstanda Böyük Turan Qurultayı” yazısı və bir çox maraqlı yazılar da dərc olunmuşdur.

Dərgini PDF formatda www.atxem.az saytında da oxuya bilərsiniz.
URL / WWW
http://atxem.az/news/a-15484.html