Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Akademik Aqil Əliyevin 90 illik yubileyi geniş qeyd olunur
12.12.16 13:36
Fevralın 7-də Azərbaycan Tibb Universitetində tanınmış alim, iqtisad elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Aqil Əliyevin 90 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə universitetin müəllim, tələbə heyəti, tanınmış elm adamları, ictimaiyyət nümayəndələri, eləcə də A.Əliyevin ailə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Gəray Gəraybəyli Aqil Əliyevin həyatı, onun elmi fəaliyyəti ilə bağlı məlumat verib. Bildirilib ki, Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olub. Orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra, 1946-cı ildə Bakı Dövlət Universitetinə daxl olub və 1951-ci ildə oranı bitirib. O, 1953-cü ilə qədər Azərbaycan SSRİ EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışıb, 1953-cü ildən isə Azərbaycan Tibb İnstitutunun “Siyasi iqtisad” kafedrasında işləməyə başlayıb. Tanınmış alim yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, bir neçə orden və medallarla, “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub. Aqil Əliyev 1986-2005-ci illərdə Azərbaycanın elmi-texniki inkişafının kompleks proqramının işlənməsində yaxından iştirak edib, “əhalinin sağlamlığının qorunması” problemləri komissiyasının sədri olub. O, həmçinin 2000-ci lllərdə Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsinin inkişaf sxeminin işlənib tərtib olunmasının müəlliflərindən biri olub. A.Əliyev kadr hazırlığı məsələsinə böyük diqqət və qayğı ilə yanaşıb. Bilavasitə onun rəhbəriliyi altında 4 doktorluq və 4 namizədlik dissertasiyası müdafiə olunub. 2001-ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
{img5}{img1}Daha sonra ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev geniş məruzə ilə çıxış edib. Q.Əliyev Aqil Əliyevin əhalinin həyat səviyyəsi, istehlak, sosial sahələrin iqtisadiyyatı problemlərinə dair sanballı elmi araşdırmalarının, kitablarının olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Aqil Əliyev 130-dan artıq elmi əsərin, o cümlədən 19 monoqrafiya və kitabın müəllifidir. Onun bir sıra əsərləri Moskvada, Sankt-Peterburqda və digər xarici ölkələrdə çap olunub. O, Azərbaycanda ilk dəfə tədqiq olunan “Şəxsi istehlakın iqtisadiyyatı”, “Tibbin iqtisadiyyatı”, “Xalq istehlakı”, “Aqrar iqtisadiyyatın aktual problemləri” və sair sanballı monoqrafiyaların müəllifidir: “Aqil müəllim Azərbaycan elminin inkişafına böyük nailiyyətlər qazandırıb. Onun həyat manifesti xeyirxahlıq etmək, insanlara kömək olmaq qayəsi daşıyırdı. Aqil müəllim bütün tələbələrinə əlindən gələn qayğını əsirgəmirdi. Görkəmli alimin Tibb Universitetində çalışdığı bütün zamanlarda elmi kadrların dünyagörüşünün formalaşmasında, onların yüksək səviyyədə yetişməsində böyük xidmətləri olub. 1970-ci ildən Aqil Əliyev şəhər və kənd əhalisinin həyat səviyyəsinin bərabərləşməsi, onların arasında fərqlərin aradan qalxması mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1979-cu ildə Aqil Əliyev professor adına layiq görülüb. 1983-cü ildə isə doktorluq dissertasiyası müdafiə edərək elmlər doktoru elmi dərəcəsini alıb”.
{img4}{img3}Daha sonra tədbirdə çıxış edən millət vəkili, akademik Ziyad Səmədzadə Aqil Əliyevin iqtisad elminin inkişafındakı rolundan danışıb. Millət vəkili qeyd edib ki, Aqil Əliyevin əhalinin həyat səviyyəsi, istehlak səviyyəsi, maddi istehlakın quruluşu, istiqamətləri, ona təsir edən amillərlə bağlı araşdırmaları sovet dövründə inqilabi xarakter daşıyırdı. Aqil Əliyevin araşdırdığı istiqamətlərin cəmiyyətin inkişafında hər zaman aktual mövzu olduğunu vurğulayan Z.Səmədzadə bu problemlərin daima dünyanı narahat etdiyini diqqətə çatdırıb. Millət vəkili bildirib ki, Aqil Əliyevin araşdırmalarında bu problemlərin həlli istiqamətləri özünü göstərir: “Aqil müəllim böyük alim olmaqla yanaşı, həm də çox gözəl xüsusiyyətlərə malik insan idi. Tanıdığı hər kəsə qayğı ilə yanaşardı. Hətta universitetdə belə hər kəsin problemləri ilə yaxından maraqlanırdı, onun həllinə köməklik göstərirdi. Mən əminəm ki, bundan sonra bir çox elm adamlarımız Aqil müəllimin böyük elmi araşdırmalarından yararlanacaq, həmin sahələr üzrə dissertasiyalar müdafiə edəcəklər. Aqil müəllim hər zaman ürəklərdə yaşayacaq”.
Daha sonra çıxış edən Azərbaycan Tibb Universitetinin professoru Surxay Musayev Aqil Əliyevlə bağlı xatirələrini bölüşüb. O, A.Əliyevin yüksək araşdırmaları ilə istər iqtisadiyyat elminə, istərsə də tibb sahəsinə böyük töhfələr bəxş etdiyini bildirib.
{img6}{img2}Çıxış edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Aqil Əliyevin xeyirxah, nəcib bir insan olduğunu bildirib. İ.İsmayılov böyük alimin gənc nəslə hər zaman qayğı ilə yanaşdığını, məsləhətlərini əsirgəmədiyini söyləyib: “Aqil müəllim tək auditoriyadakı tələbələrini deyil, hətta ətrafındakı insanları belə kamil görmək istəyirdi. Əks halda Aqil müəllimin etimadını qazanmaq mümkün olmazdı. Aqil Əliyev milli-mənəvi dəyərlərimizə həddən artıq çox bağlı idi. Hər bir kəsi xeyriyyəçilik işlərinə yönləndirirdi. Ümumiyyətlə, xeyriyyəçiliyi təşviq edirdi. Aqil müəllim ətrafındakı insanlara dövlətini, xalqını sevməyi, məsuliyyəti öyrədirdi. Gənclərimizə xarici ölkələrdə Azərbaycanla bağlı təbliğatlar aparmağı məsləhət görürdü. Aqil müəllimin verdiyi tövsiyələr hər zaman aktualdır. Aqil müəllim onu tanıyanların qəlbində möhtəşəm bir abidədir”.
Aqil Əliyevin ailə üzvləri adından Zərifə Əliyeva çıxış edərək belə mötəbər tədbirin təşkilinə görə professor Gəray Gəraybəyliyə minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin və Onun xanımının ölkəmizin inkişaf etdirilməsi, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı gördükləri işlər göz önündədir. Çıxış edən digər natiqlər də Aqil Əliyevlə bağlı xatirələrini bölüşüblər, böyük alimin elmi fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər.
***
{img8}{img7}Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Sərancamda bildirilir ki, 2016-cı ilin dekabr ayında Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi tamam olur. Aqil Əliyev səmərəli elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycan iqtisadiyyatının və təhsilinin inkişafına layiqli töhfələr vermişdir. Prezidentin sərancamına əsasən Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Aqil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.
***
{img10}{img9}Fevralın 10-da Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı və "Yeganə" Şadlıq Sarayının dəstəyi ilə akademik Aqil Əliyevin 90 illik yubileyi ilə bağlı anım tədbiri keçirilib. Mərhum akademikin yaxınları, ziyalı alimlər, hakim Yeni Azərbaycan Partiyasının üzvləri, millət vəkilləri və s. iştirak etdiyi yubiley tədbirində əvvəlcə akademik Aqil Əliyevin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş olunub.
Slayd şounun nümayişindən sonra çıxış edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Aqil Əliyevlə olan münasibətlərindən, mərhum akademikin onlara verdiyi dəyərli tövsiyyələrdən söhbət açıb. Bildirib ki, Aqil Əliyev onlarla yeri gələndə bir dost, yeri gələndə isə müəllim, ağsaqqal kimi davranardı: "Xatirimdədir, bir gün Aqil Əliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir qrup şəxslə görüşüb hansısa problemlərin olub-olmadığı, bizlərin fəaliyyətinə maneçilik törədilib-törədilmədiyi ilə maraqlandı. Təbii ki, hər kəs bəzi məqamlarla bağlı hörmətli akademikə məlumat verdi. Bizim Aqil Əliyevlə görüşümüzdən cəmi bir neçə gün sonra ümummilli lider Heydər Əliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı məmur özbaşınalığının aradan qaldırılması barədə müvafiq sənəd imzaladı". İlham İsmayılov Aqil Əliyevin həm də xeyriyyəçi biri olduğunu vurğulayıb. Bildirib ki, mərhum akademiklə bərabər müntəzəm olaraq xeyriyyə aksiyaları keçirib, həmçinin beynəlxalq yarışlara qatılan idman komandalarına dəstək olublar. Çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Aqil Əliyevin 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncama toxunan İlham İsmayılov bu sərəncamın Aqil Əliyevi sevənlər, onun yaxınları üçün bir sürpriz olduğunu ifadə edib və bundan dolayı dövlət başçısına təşəkkürünü bildirib. Həmin sərəncam əsasında Aqil Əliyevin 90 illik yubileyinin müxtəlif səviyyələrdə qeyd olunacağını deyən ATXƏM sədri bundan bir neçə gün əvvəl isə Azərbaycan Tibb Universitetində akademikin 90 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunduğunu diqqətə çatdılrıb.
{img11}Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun müdir müavini Şahbaz Musaoğlu akademik Aqil ƏIiyevin yüksək ixtisaslı iqtisadçı kadrlarının hazırlanmasında müstəsna xidmətlər göstərdiyinin diqqətə çatdırıb. Bildirib ki, Aqil ƏIiyevin rəhbərliyi altında bu illər ərzində görülən işlər sayəsində böyük inkişafın təməli qoyulub. Azərbaycan Tibb Universitetinin "Siyasi iqtisad" kafedrası uzun illər "Ən yaxşı kafedra" fəxri adına layiq görülüb, kollektivin işi əsl nümunə məktəbinə çevrilib. Qeyd edib ki, Aqil Əliyev həyat səviyyəsi, istehlak, sosial sahələrin iqtisadiyyatı problemlərinə dair sanballı elmi araşdırmaları, kitabları ilə tanınan, uzun illər respublikamızın ali təhsil sistemində məhsuldar və səmərəli fəaliyyət göstərən görkəmli iqtisadçı alimlərdən olub.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Aqil Əliyevin dəyərli alim, gözəl insan, vətənpərvər bir şəxsiyyət olduğunu vurğulayıb. Aqil Əliyevin vəfatını Azərbaycan elminin böyük itgisi kimi dəyərləndirən millət vəkili Aqil Əliyevin Yeni Azərbaycan Partiyasına da bağlı bir insan olduğunu dilə gətirib. Bildirib ki, akademik Aqil Əliyev Yeni Azərbaycan Partiyasının həyatında yaxından iştirak edirdi.
İş adamı Akif Rəhimov da çıxışında akademik Aqil Əliyevin Azərbaycan elminə verdiyi töhfələrdən bəhs edib. Bildirib ki, elm sahəsindəki xidmətlərinə görə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layyiq görülmüş Aqil Əliyev bir neçə orden və medallarla, "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunub. Akif Rəhimov deyib ki, Aqil Əliyev 130-dan artıq elmi əsərin, o cümlədən 19 monoqrafiya və kitabın müəllifidir. Onun bir sıra əsərləri Moskvada, Sankt Peterburqda və digər xarici ölkələrdə çap olunub. O, Azərbaycanda ilk dəfə tədqiq olunan "Şəxsi istehlakın Iqtisadiyyatı", "Tibbin iqtisadiyyatı", "Xalq istehlakı", "Aqrar Iqtisadiyyatın aktual problemləri" və s. sanballı monoqrafiyaların müəllifi olub. Alimin əsas elmi istiqamətlərindən birini maddi-texniki bazasının, kənd əhalisinin həyat tərzinin yüksəldilməsi, səhiyyənin iqtisadi problemləri təşkil edib. Yalnız bazar iqtisadiyyatına keçid şəraitində professor Aqil ƏIiyevin 32 elmi əsəri çap olunub. O, beynəlxalq və respublika konfranslarında, simpoziumlarda, seminarlarda məruzələrlə çıxış edib.
Daha sonra çıxış edən digər natiqlər akademik Aqil Əliyevin həyat və fəaliyyəti, Azərbaycan elminə verdiyi töhfələr və s. barədə danışıblar. Yubiley tədbirinin sonunda iştirakçılara akademik Aqil Əliyevin 90 illik yubileyi ilə əlaqədar çap edilmiş kitablar hədiyyə edilib.
URL / WWW
http://atxem.az/news/a-15493.html