Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Azərbaycandan Ilhan Askina dəstək ziyarəti
27.02.17 11:16



Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Avropada səfərdə olan Azərbaycan nümayəndə heyət

QHT.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin tərkibi Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və ATXƏM-in icra katibi İlqar İlkindən ibarət olmaqla, fevralın 25-də Niderland Kralliğinin ikinci böyük şəhəri olan Haaqada fəaliyyət göstərən diaspora təşkilatları ilə görüşüblər. İlk öncə onlar Azərbaycan-Türk Kültür Dərnəyinin ofisində toplanıblar. Ziyarətin əsas səbəbi dərnəyin başqanı İlhan Aşkına dəstək vermək olub.

Bildiyiniz kimi, 2 il öncə Hollandiyanın Almelo şəhərində ermənilər tərəfindən qondarma genosid xatirə-abidəsinin açılışına etiraz olaraq hazırladığı mitinqdə İlhan Aşkının “Qarabağ ermənilərə məzar olacaq!” şüarını səsləndirməsi erməniləri möhkəm qəzəbləndirib və iş məhkəməyə qədər gedib çıxıb. Hal-hazırda İlhan Aşkının məhkəmə prosesi davam edir. “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçinin və eləcə də Hollandiyada fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın, “Odlar Yurdu” təşkilatının sədri Firəngiz Bağırovanın və digər aktivlərin də qatıldığı görüşdə bütün iştirakçılar İlhan Aşkına dəstək olduqlarını, onu bu mübarizədə yalnız qoymayacaqlarını, əllərindən gələn yardımı edəcəklərini bildiriblər.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi
URL / WWW
http://atxem.az/news/a-15503.html