Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Avropada (Belçika və Hollandiyada) Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirəcəkdir
21.02.18 10:48



Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyi fəaliyyət göstərdiyi müddətində həyata keçirdiyi onlarla yerli və beynəlxalq əhəmiyyətli layihələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin, eləcə də ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş deportasiya və soyqırımların dünya ictimayyətinə çatdırılmasını əsas prioritet istiqamətlərindən biri kimi götürmüşdür.

2018-ci il fevralın 23-28-də Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəsəyi, Belçika-Azərbaycan Dostluq Cəmiyyəti, Hollandiya - Azərbaycan Kültür Dərnəyi və Avropa Azərbaycanlıları Konqresi ilə birlikdə ATXƏM yenidən Avropanın əsas siyasi mərkəzlərindən olan Brüssel, Gent, Haaqa və Amsterdam şəhərlərində Xocalı soyqırımına həsr olunmuş bir sıra tədbirlər keçirəcəkdir və Avropa Azərbaycanlıları Konqresinin qurultayında iştirak edəcəkdir.

Keçiriləcək tədbirlərdə iştirak etmək üçün Azərbaycan nümayədə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov və ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin 22-28 fevral tarixlərində Brüssel, Gent, Haaqa və Amsterdam şəhərlərinə səfər edəcəklər.
URL / WWW
http://atxem.az/news/a-15525.html