Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib
02.03.18 09:02



Azərbaycan və Türk diaspora təmsilçiləri Niderland Krallığının Haaqa şəhərində, Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirib.

{img1}{img2}
Musavat.com-a verilən məlumata görə, aksiya iştirakçıları Ermənistanın 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində etnik azərbaycanlılara qarşı soyqırım aktı törədildiyini qeyd edərək, bildiriblər ki, bu soyqırım törədilmə üsullarına görə əsl dəhşət və qəddarlıq nümunəsidir. Hollandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İlhan Aşkın Ermənistanın ötən əsrdə Azərbaycanlılara qarşı bir neçə dəfə soyqırım törətdiyini bildirərək, qeyd edib ki, dünya dövlətləri bu soyqırım faktlarını görməzdən gəlir, 1915-ci ildə Osmanlıda olmayan bir hadisəni soyqırım kimi tanıtmağa çalışır. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin bildirib ki, keçən həftə Hollandiya Parlamentinin alt komissiyası sözdə “erməni soyqırımı”nı tanıyıb. “Bu, bizdə təəssüf doğurur. Avropa dövlətləri Xocalı soyqırımını görməzdən gəlir, lakin yüz il əvvəl kimlərinsə uydurduğu bir yalanı soyqırım kimi tanımağa cəhd edir”.

{img3}{img4}
Daha sonra aksiya iştirakçıları “Xocalıya ədalət!” şüarını səsləndiriblər.

Musavat.com
URL / WWW
http://atxem.az/news/a-15529.html