Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » ATXƏM sədri seçkiqabağı təbliğat-təşviqat kampaniyasında
28.03.18 02:02



ATXƏM sədri İlham İsmayılov:

"Xaricdə yaşayan azərbaycanlılar da İlham Əliyevi özlərinin àlternàtivsiz lideri görür, onun apardığı siyasi kursu birmənalı şəkildə dəstəkləyir".

{img5}{img1}
Martın 28-də Yeni Azərbaycan Partıyası Seçki Qərargahı Salyan rayon şöbəsi partiyanın namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Salyanda möhtəşəm tədbir keçirib. YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov görüşdə çıxış edərək bildirib ki, Salyanlıların mütləq çoxluğu ötən seçkilərdə olduğu kimi yenidən YAP-ın namizədi olan İlham Əliyevə səs verəcəklər. O bildirib ki, bu gün ölkədə prezidentliyə namizədlər çox olsa da, İlham Əliyev bu gün àlternàtivsiz liderdir və onun yüksək faizlə qələbə qazanması şəksizdir.

{img4}{img3}
Tədbirdə seçicilər qarşısında çıxış edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının və Avropa Azərbaycanlıları Konqresi Məşvərət Şurasının üzvü İlham İsmayılov bildirib ki, bu yaxınlarda Avrropada səfərdə olarkən, xaricdə yaşayan azərbaycanlıların da birmənalı olaraq İlham Əliyevi dəstəklədiklərini müşahidə edib. "İlham Əliyev xaricdə Azərbaycan həqiqətlərinin təbliğ olunmasında, diaspora təşkilatlarının inkişaf etdirilməsində də böyük işlər görüb, fədakarlıqlar edib. Odur ki, xaricdə yaşayan azərbaycanlılar da İlham Əliyevi özlərinin àlternàtivsiz lideri görür, onun apardığı siyasi kursu birmənalı olaraq dəstəkləyirlər ".

{img2}{img6}
Tədbirdə çıxış edən digər natiqlər də bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 15 il ərzində bütün sahələrdə uğurla inkişaf edib. O üzdən birmənalı şəkildə hər kəs ona səs verəcəyini bəyan edib.
URL / WWW
http://atxem.az/news/a-15532.html