Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » “Bölgələrimizdə yaşayan insanlar seçkidə yüksək fəallıq nümayiş etdirəcəklər”
03.04.18 09:35



Müstəqil Azərbaycanın və xalqımızın həyatında mühüm siyasi əhəmiyyət daşıyan 2018-ci il prezident seçkilərinə sayılı günlər qalır. Bu günlərdə mediada seçkilərin şəffaf və demokratik keçirilməsi, Azərbaycanın bu sahədə zəngin seçki təcrübəsinə malik olması haqqında çoxsaylı fikirlər səslənir.

Görülən işlərdən aydın olur ki, seçkilərin həm yüksək dünya standartları səviyyəsində keçirilməsi, həm də bu mühüm siyasi kampaniyanın təşkili üçün məsul olan dövlət qurumları, ictimai təşkilatlar, eləcə də qeyri-hökumət təşkilatları öz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.

Azərbaycan xalqı da son illərdə müşahidə etdiyimiz kimi, prezident seçkilərinə böyük ruh yüksəkliyi ilə hazırlaşır. Seçki əhval-ruhiyyəsi təkcə paytaxt Bakıda yox, bu mühüm siyasi kampaniyaya məsuliyyətlə hazırlaşan bölgələrdə də xüsusi diqqət çəkir.

Seçki kampaniyası rəsmən elan edildiyi vaxtdan bu günədək ölkə ictimaiyyəti arasında kifayət qədər geniş tanınan ziyalılar, elm, mədəniyyət, incəsənət xadimləri öz fikir və rəylərini qəzetimizlə bölüşürlər.

Bölgələrimizdə seçkilərə hazırlıq kampaniyasının gedişi barədə məlumat verən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının və Avropa Azərbaycanlıları Konqresi Məşvərət Şurasının üzvü İlham İsmayılov deyir:

– Müşahidələrimə əsaslanıb əminliklə deyə bilərəm ki, bölgələrimizdə yaşayan insanlar seçkidə yüksək fəallıq nümayiş etdirəcəklər. Azərbaycan dövlətinin və xalqının bundan əvvəlki seçkilərdə əldə etdiyi zəngin təcrübə də belə deməyə əsas verir. Bu gün regionlarda, ən ucqar bölgələrimizdə də informasiya-kommunikasiya sistemi yüksək səviyyədə qurulmuşdur. Qarşıya qoyulan ən vacib məsələ ölkənin hər yerində seçkilərin şəffaf keçirilməsi, tələb edilən qaydalara ciddi əməl edilməsi və heç bir qanun pozuntusuna yol verilməməsidir. Ona görə də, dövlətin böyük diqqət və qayğısı ilə müasir informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunması seçki prosesini əvvəldən axıradək izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa, seçki prosesində aşkarlığın təmin edilməsinə şərait yaradır.

Şübhə etmirəm ki, xalqımız dahi siyasətçi, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil dövlətimizin inkişafına töhfəsini vermək üçün bu vacib siyasi aksiyada fəal iştirak edib, öz iradəsini nümayiş etdirəcək.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”
URL / WWW
http://atxem.az/news/a-15533.html